Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


04.03.2025  15:30 

Emin Ağalarov bitkoində nə qədər batırıb?





A+  A-

Şükürlər olsun ki, bu günə qədər reputasiyamı itirməmişəm. Düşünürdüm ki, mənim yalnız bir şansım var, bunu itirsəm, geri qazana bilməyəcəyəm. Çünki bircə səhv hamısını yox etməyə kifayətdir.

XəzərNews.az olay-a istinadla xəbər verir ki, bu sözləri xalq artisti və iş adamı Emin Ağalarov Yutubda yayımlanan “Milyarderin həyatında bir gün” layihəsinə müsahibəsində deyib.

Sənətçi həyatında üzləşdiyi ən böyük maliyə itkisindən danışıb:

“Ən böyük maliyyə itkimi xatırlayıram. Moskvadakı mülklərimi satdım və mənim əlimdə ilk dəfə öz pulum oldu. Məbləğ böyük idi: 10 milyon dollar. Onda kriptovalyuta ilə məşğul idim. Bitkoin də 60 min dollara yüksəlmişdi. 3-4 il əvvəl olmuşdu. Həmin o pullara kripto aldım. Hansı ki, ən bahalı vaxtı idi və bitkoin düşdü. Kobud şəkildə desək, sıfıra düşmüşdüm. Amma bitkoinlərimi verdim. Çünki pulum yox idi. Əgər onlar qalsaydı, indi daha böyük məbləğə verə bilərdim. Bu, mənim ən böyük uğursuzluğum idi. Amma sonra yenə kripto qazandım. Biznesdə o vaxt uğurlu olursan ki, onu özün idarə edirsən və bununla dərindən məşğulsan. Nə ki, asan idi, onunla məşğul oldum, uğur qazanmadım. Necə ki, 500 dollara alıb 100 minə kripto verirdim. Bu, mənə öyrətdi ki, hər şey üçün çalışmalısan. Allah həyatımı elə qurub ki, sən hər qəpiyinə qədər özün qazanmalısan, təsadüfən, rahat şəkildə o səndə olmayacaq. Çalışmalısan. Bununla razıyam. Belə olmayıb ki, birdən-birə başıma böyük məbləğdə pul tökülsün. Əgər tökülübsə də, dərhal o pulu xərcləmişəm. Çünki layihələr var idi ki, onları gerçəkləşdirmək üçün maliyyə lazım idi”.

Xəbər 813 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +