Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


05.11.2024  15:21 

Azərbaycanda qeyri-adi məhkəmə iddiası: Pişik xəbərinə görə 20 min manat...





A+  A-

Bu gün Nərimanov rayon Məhkəməsində “Hasvet İnternational Animal Hospital”ının Yenisabah.az saytı və jurnalist Əsmətxanım Rzazadəyə qarşı məhkəmə iddiası üzrə hazırlıq iclası keçirilib.

Xəzərnews.az Yenisabah.az-a istinadən xəbər verir ki, hakim Səbinə Nuriyevanın sədrliyi ilə baş tutan prosesdə məlumatlar dəqiqləşdirilib. İş üzrə toplanan materiallar məhkəməyə təqdim olunub.

Proses dekabrın 11-nə təyin olunub.

Qeyd edək ki, iddiaçı "Hasvet Baku" Məhdud Məsuliyyətli Cəmiyyəti “Yenisabah.az” saytında haqqında yayılan xəbərlə bağlı məhkəməyə müraciət edib. Saytda dərc olunan yazıda hospitalda pişiyin əməliyyat qiymətlərinin yüksək olması tənqid edilib. Klinika qarşı tərəfdən təkzib və 20.000 manat təzminat ödəməyi tələb edir.

Xəbər 6658 dəfə oxunub.



11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +