Dilan Çıtak ilə Levent Dörter boşanır?
Zelenski Aİ ölkələrini Rusiyaya qarşı birləşməyə çağırdı
Ukraynanın Aİ-yə daxil olmasını sürətləndirək - Nauseda
Türk dilində kitab payladığı üçün HƏBS EDİLDİ
Bu qurum aldığı zibil qablarının pulunu ödəmir
Türk iş adamı 20 min manat cərimələndi
İranlı ekspert yenə SƏRSƏMLƏDİ
Hərbçimiz vəfat etdi
15 nəfər spirtdən zəhərlənərək ölüb
Saxta və lisenziyalı kosmetoloqları necə ayırd edək?


24.02.2025  10:53 

Arayik Arutyunyan və digərlərinin məhkəməsi təxirə düşdü





A+  A-

Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlərdə təqsirləndirilən Arayik Arutyunyan və digərlərinin məhkəməsi təxirə düşüb.

XəzərNews.az xəbər verir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə Bakı Hərbi Məhkəməsində fevralın 24-nə təyin edilmiş məhkəmə prosesi Bakıdakı qarlı-şaxtalı hava şəraitinə görə təxirə salınıb.

Növbəti məhkəmə prosesi fevralın 27-də keçiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Xəbər 73 dəfə oxunub.



24.02.2025  17:08 

Aydın İmrani vəfat etdi

24.02.2025  16:58 

Özcan Dəniz angioqrafiya olacaq

24.02.2025  16:48 

Məşhur müğənniyə nə olub?

24.02.2025  16:39 

Derya Şensoy yeni eşqini elan etdi

24.02.2025  16:25 

Renat Dadaşov Polşa klubunda

24.02.2025  16:07 

Allahın Adam üzüyəm!

24.02.2025  14:22 

ADY-də yeni təyinat -FOTO

24.02.2025  14:19 

Hərbçimiz vəfat etdi

24.02.2025  12:56 

Eldəniz Hacıyev vəfat etdi

24.02.2025  12:36 

Mətləb Bağırova hökm oxundu


BÜTÜN XƏBƏRLƏR +