Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


15.12.2023  07:42 

Yaponiya bu ölkələrin şirkətlərinə qarşı sanksiya tətbiq edib





A+  A-

Yaponiya Rusiya, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Ermənistan şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

Xəzərnews.az xəbər verir ki, rəsmi Tokio 57 şirkətə ixrac məhdudiyyətləri, 35 fiziki və 43 hüquqi şəxsə aktivlərin dondurulması, həmçinin BƏƏ, Ermənistan, Suriya və Özbəkistandan olan bir sıra şirkətlərə məhdudiyyətlər tətbiq edib.

İxrac məhdudiyyətləri bir sıra sənaye, aviasiya, müdafiə, gəmiqayırma və tədqiqat müəssisələrini əhatə edir.

Eyni zamanda yanvarın 1-dən Rusiyadan qeyri-sənaye məqsədləri üçün almazların idxalı qadağan ediləcək. Aşkar ediləcəyi təqdirdə aktivləri dondurulacaq şəxslər və təşkilatların siyahısı hələ açıqlanmayıb.

Tokionun Rusiya Federasiyasının məhdudiyyətlərdən yan keçməsinə kömək etdiyinə inandığı xarici şirkətlərə qarşı sanksiyalar BƏƏ-dən iki, Ermənistandan bir, Suriyadan bir və Özbəkistandan iki şirkətə qarşı tətbiq edilib.


Xəbər 1164 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +