Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


07.12.2018  11:41 

Ağalarovlar məhkəmədən o iddianın rəddini istədilər





A+  A-

“Crocus Group”un prezidenti Araz Ağalarovla şirkətin vitse-prezidenti Emin Ağalarov Nyu-York məhkəməsinə rəsmi müraciət ediblər.
XəzərNews.az xəbər verir ki, Ağalarovlar ABŞ Demokratlar Partiyası Milli Komitəsi tərəfindən Rusiyanın 2016-cı ildə Birləşmiş Ştatlarda prezident seçkilərinə qarışmasında guya iştirak etmələri ilə bağlı qaldırılan iddianın təmin olunmamasını xahiş ediblər.

Vəsatət ötən gün məhkəməyə təqdim edilib.

Qeyd edək ki, bu ilin aprelində Demokratlar tərəfindən qaldırılan iddiada Ağalarovlar, həmçinin “WikiLeaks” şirkəti, Donald Tramp və oğlunun da adı keçir.

İddiaçıların sözlərinə görə, Trampın seçki qərargahının əməkdaşları Rusiya nümayəndələri və “WikiLeaks”lə əlbir olaraq Demokratların namizədi Hillari Klintonun seçki kampaniyasını sarsıtmaq üçün işbirliyi görüblər. Demokratların versiyasına görə, bu məqsədlə Demokratlar Partiyası Milli Komitəsinin kompüterləri sıradan çıxarılıb və məlumatlar oğurlanıb. Onların fikrincə, məhz bu Trampa seçkilərdə qalib gəlməyə kömək edib.

Xəbər 1638 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +