Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


06.07.2018  17:46 

“Yunis Səfərovun anası Rusiya xüsusi xidmət orqanlarında işləyir” - Xanlar Vəliyev





A+  A-

Gəncə Şəhər İcra Hakimiyyətinin sui-qəsdə məruz qalan başçısı Elmar Vəliyevin dünən gecə saatlarında İsrailə aparılması ilə bağlı məlumat yayılıb. Yayılan xəbərdə onun müalicə reabilitasiya məqsədi ilə İsrailə aparıldığı qeyd edilib.
XəzərNews.az xəbər verir ki, Bizimyol.info-nun əməkdaşı Elmar Vəliyevin qardaşı, hərbi prokuror Xanlar Vəliyevlə əlaqə saxlayıb. O, məlumatın yalan olduğunu bildirib, eyni zamanda qardaşına edilən sui –qəsdlə bağlı da danışıb.

“Hazırda vəziyyəti yaxşıdır. İsrailə aparılması ilə bağlı məlumat birmənalı yalandır. Harda olmasının fərqi yoxdu, əsas odur ki, yaxşıdır. İnşallah daha da yaxşı olacaq. Mənim qardaşım bir dövlət məmuru kimi çalışıb, dövlətinə sədaqətlə xidmət edib və xidmətləri göz qabağındadır. Gəncə bu gün dünyanın inkişaf etmiş şəhərləri içərisindədir. Sözsüz ki, bu ölkə prezidentinin də diqqəti, qayğısıdır. Hər kəs Allahı ilə işini görsün. Elmar Vəliyevə heç kim şəxsi məsələlərə görə qəsd eləməyib. Gəncəlilər hər zaman onu sevib, bu gün də sevir.”

“Qaldı ki, Elmar Vəliyevə qəsd bu radikal dinçilərin işidir. O adamın (Yunis Səfərov) özü, anası ermənidi və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır. İndi bundan nəticə çıxarın. Gülmək, ağlamaq, hirslənmək, xoş söz demək və s insanın emosiyalardır, bu mümkün olan şeydi. Bizim ailəmizdə aldığımız tərbiyə heç vaxt imkan vermir ki, kimisə söyəsən və ya vurasan döyəsən…Biz qanunlara hörmətlə yanaşan adamlarıq. Bizim babamız quranı başdan ayağa oxuyub tərcümə edirdi, amma biz heç vaxt mövhümatçı olmamışıq. Həmişə də bizə deyilib ki, Allaha inanın, dinə inanın.”

“Bir daha deyirəm Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Onun haqda yayılan xəbərlər həqiqəti əks etdirmir. Sadəcə müəyyən müalicə prosesləri, reabilitasiyalar keçməlidir. O da yavaş-yavaş aparılır. Daha da yaxşı olacaq.”

Xəbər 1775 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +