Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


22.02.2024  23:19 

Putin Baydenin təhqirinə cavab verib





A+  A-

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenin təhqirinə cavab verib.

Xəzərnews.az xəbər verir ki, bu barədə o, “Rossiya-1” telekanalına müsahibəsində danışıb.

“Biz sizinlə bu barədə danışmışdıq. Siz məndən ABŞ-nin gələcək prezidenti kimi kimə üstünlük verdiyimi soruşmuşdunuz.

Mən isə, bizə fərqi yoxdur demişdim. Lakin, Rusiya üçün daha yaxın olan Baydendir demişdim. Onun son açıqlamaları mənim nə qədər haqlı olduğumu bir daha sübut etdi. Bu, mənim tərəfimdən deyilənlərə adekvat reaksiyadır. O, mənə “Volodya, afərin! sağ ol. Sən mənə çox kömək etdin” deyə bilməz. Mən o vaxt dediyimi yenə təkrar edə bilərəm: Bayden ən yaxşı seçimdir”.

Qeyd edək ki, Bayden San-Fransiskoda keçirilən qapalı seçki kampaniyası zamanı Rusiya lideri Vladimir Putin haqqında kobud ifadələr işlədib.

Ağ Evin rəhbəri Putini ağıldan kəm, dəli adlandırıb.

"Bizim bu Putin və başqa qancıq uşaqları kimi dəli oğlanlarımız var və həmişə nüvə münaqişəsindən narahat olmalıyıq, lakin bəşəriyyət üçün ekzistensial təhlükə iqlim dəyişikliyidir", - Bayden vurğulayıb.//modern.az


Xəbər 1127 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +