“Kanal S”in aparıcısını ağ yuyub, qara sərdilər - RƏY
“Top Qapı” restoranında təmir və kabab... - Foto
Kadırov 17 yaşlı oğlunu DİN-nin kuratoru təyin edib
“Melissa Group”da mənzillərin satışı dayandırıldı
Putin Avropaya hakim olmaq istəyir - Budris
Nigar Fərhada görə “Kanal S”in yayımı dayandırıldı
Müəllimlərə “hinduşkabaş” demişdi, işdən çıxarıldı
Şeyx bayram namazından İrana görə imtina edib?
“Şərurlu İsfəndiyar”a görə şərurlular niyə vurulur?
Hərbi xidmətə növbəti çağırış başladı


30.11.2021  22:34 

“Binanın qarşısında çadır quraq, bəlkə diqqəti çəkə bildik”





A+  A-

“Hamam yox, tualetlər pis vəziyyətdə, mətbəx də həmçinin… Hansını deyəsən? Divarlardakı çatlar adamın üstünə gəlir. Uşaqlar astma xəstəliyi ilə doğulur. Xəstəlik baş alıb gedir. Kiminin ürəyi qubarlayır, kiminin böyrəkləri əldən gedir…”

Sumqayıtdakı 15-ci məhəllədə yerləşən 16 saylı yataqxananın sakinləri Meydan TV-yə üz tutublar. Onlar bildirir ki, yaşadıqları yataqxana həyatları üçün təhlükə mənbəyinə çevrilib. Bu yataqxanada bir neçə dəfə uçqun da baş verib.



Sakinlərin sözlərinə görə, sonuncu dəfə uçqun bu ilin yayında olub:

“Yayda burda yenə uçqun oldu, insanlar binadan çıxıb qaçdı. Günlərlə evlərimizə yığışmağa qorxurduq. Təxminən 1 ildir ki, binada kosmetik təmir işləri aparılıb, ancaq yayda baş verən uçqun nəticəsində o təmir də zay oldu. Adama sual verərlər ki, qəzalı binanı niyə təmir edirsən? Əvvəl təməlini, divarını möhkəmləndir, sonra təmir et… Bina çökür, bunlar adamların gözündən pərdə asmaq üçün çökməkdə olan binanın divarını boyayırlar”.

Binadakı kommunikasiya xətləri çoxan sıradan çıxıb. İşıq xətləri qəzalı vəziyyətdədir. Kanalizasiya xətləri isə ümumiyyətlə, işləmir. Rütubət, zirzəmiyə yığılan çirkab su əsasən qocaların və uşaqların sağlamlığına təhlükə yaradır. Bir neçə ailənin azyaşlı üzvü sağalmaz xəstəliyə tutulub.



Sakinlər danışır ki, hər dəfə etiraz edəndə yerli icra hakimiyyəti binanın dəhlizlərində kosmetik təmir işləri aparır:

“Dəhlizlərdə işıq kabelləri qəzalıdır, hər an qısaqapanma, yanğın təhlükəsi var. Dəfələrlə yanğın baş verib, gecəylə küçəyə tökülüşmüşük. İşıq idarəsinin işçilərini çağıranda gəlib deyirlər, bezdirmisiz bizi… Beton plitələr qabağa gəlib, bir gün aşacaq, altında qalacağıq. Məmur öz mal-heyvanını da belə xarabalıqda saxlamaz. Biz isə uzun illərdir bu uçuq, sökük binada yaşamağa məcburuq”.

Sakinlər ara-sıra elə binanın qarşısına toplaşıb etiraz səslərini qaldırırlar:

“Bir dəfə ayağa qalxdıq, bizi sakitləşdirmək üçün gəlib ora-bura suvaq çəkdilər, getdilər. Onlar gedəndən sonra suvaqlar da qopub töküldü. Yuxarı mərtəbədəki tualetdən düz yatdığımız yerə divardan sidik süzülüb gəlir. Bir əlacımız qalıb, çıxaq binanın qarşısında çadır quraq, bəlkə diqqəti çəkə bildik”.
Yataqxana sakinlərinin bir istəyi var – başqa yerə köçürülmək…



Sumqayıt Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, yataqxanaya baxış keçirilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Yaxın vaxtlarda binayla bağlı qərar veriləcək.

16 saylı yataqxana binası 60 ildən çoxdur istismara verilib və istismar müddətini çoxdan başa vurub. Binada heç vaxt əsaslı təmir işləri aparılmayıb. Beşmərtəbəli binada 100-dən çox ailə yaşayır.

Xəbər 1628 dəfə oxunub.




01.04.2025  14:57 

Sabah gündüz 25° isti olacaq

01.04.2025  14:43 

Qara dənizdə atəşkəs var?

01.04.2025  13:58 

Annalena Baerbok Ukraynaya gedib

01.04.2025  13:14 

Mən niyə "supa oturmuşam?"

01.04.2025  09:52 

Ermənilər atəşkəsi pozub

01.04.2025  09:40 

Bakıda piyadanı maşın vurub


BÜTÜN XƏBƏRLƏR +