Hikmət Hacıyev Londonda görüşlər keçirib
Azərbaycan Fransadan nə tələb edir?
Tusk Maska cavab verdi: Təkəbbürlük etmə
Natiq Həsənov aparat rəhbəri təyin edildi
“Vedi Construction”un külli miqdarda vergi borcu var
Müəllimlərə “hinduşkabaş” deyən direktordan xəbər var
Milli Məclis İsveç parlamentinin bəyanatını rədd etdi
III Çarlz Kanadanı müdafiə edəckmi?
USAID proqramlarının 83%-i rəsmən bağlandı – Rubio
İş adamı gecə qəzasında öldü


23.11.2017  12:19 

Formula 1 Azərbaycan Qran Prisinin qalibi Bakıya gələcək





A+  A-

Red Bull komandasının pilotu Daniel Rikkardo 2017 Formula 1 Azərbaycan Qran Prisində qələbə qazandıqdansonra ilk dəfə Bakıda səfərdə olacaq.
XəzərNews.az-ın məlumatına görə, 29-30 noyabr tarixlərində baş tutacaq ikigünlük səfər çərçivəsində avstraliyalı Formula 1 pilotu paytaxtda bir sıra görüşlər keçirəcək və Azərbaycan mədəniyyəti ilə yaxından tanış olacaq.

Formula 1 azarkeşlərinin sevimlisi D.Rikkardo paytaxtda olarkən Bakı Şəhər Halqasında (BŞH) keçirdiyi yarış təəssüratlarını avtoidman həvəskarları ilə bölüşəcək və BŞH-nin sosial media kanallarında canlı olaraq azarkeşlərin suallarını cavablandıracaq.

Həmçinin D.Rikkardo səfər təəssüratlarına dair yerli və xarici media nümayəndələri üçün keçiriləcəkmətbuat konfransındada iştirak edəcək.

BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai D.Rikkardonun Bakıya olacaq səfərini ölkəmizi daha geniş ictimaiyyətə tanıtmaq baxımından yüksək qiymətləndirdi: “Biz böyük məmnuniyyətlə avtoidman həvəskarlarının diqqətinə çatdırırıq ki, 2017 Formula 1 Azərbaycan Qran Prisində möhtəşəm qələbə qazanmış Daniel Rikkardo yenidən gözəl paytaxtımızda olacaq. Onun Bakıya səfəri ölkəmizin qonaqpərvərliyini və zəngin tarixi mədəniyyətini bütün dünyaya tanıtmaq baxımından əvəzolunmaz fürsətdir.

Bakıda bu il baş tutan Qran Pri yarışı bütün avtoidman ictimaiyyəti tərəfindən 2017-ci il Formula 1 Dünya Çempionatının sürpriz və həyəcanla dolu ən baxımlı yarışı kimi qəbul olundu. D.Rikkardonun Bakıya səfəri 27-29 aprel 2018-ci il tarixlərində keçiriləcək növbəti Azərbaycan Qran Prisinə böyük diqqət və maraq oyadacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bütün kollektivi gözəl paytaxtımızı bir daha bütün dünyaya ən gözəl şəkildə təqdim etmək üçün səbrsizlənir. Yarışa biletlər artıq satışdadır və fürsətdən istifadə edərək bütün sürət həvəskarlarını Bakıda keçiriləcək növbəti möhtəşəm yarışa – 2018 Formula 1 Azərbaycan Qran Prisinə bilet almağa dəvət edirəm”.

Xəbər 1594 dəfə oxunub.



10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu

10.03.2025  11:59 

İş adamı gecə qəzasında öldü

10.03.2025  10:42 

Samarada Neft Emalı Zavodu vuruldu

09.03.2025  17:40 

Leyla və Arzu Əliyevalar sərgidə

09.03.2025  17:35 

DİN vətəndaşlara müraciət edib

09.03.2025  11:33 

Rafael Qetjiyə yenə məğlub oldu


BÜTÜN XƏBƏRLƏR +