Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


21.09.2022  14:13 

Səfərbərlik qərarı, yoxsa NATO-ya müharibə elanı...





A+  A-

"Rusiya prezidenti Vldamiri Putin qismən səfərbərlik elan edib. Amma, bir aydır ki, Rusiyada ehtiyatda olan hərbiçilər orduya çağırılırdı. İş o yerə gəlmişdi ki, cəzaçəkmə müəssisələrində məhkumların orduya cəlb edilməsinə başlanılmışdır. Rusiya prezidenti gizli aparılan səfərbərliyi rəsmi olaraq qismən səfərbərliyi elan etdi. Çünki, Ukrayna ordusunun əks-hücumları nəticəsində Xarkov vilayəti işğaldan azad olundu".

Bu barədə XəzərNews.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazdə bildirib ki,
Rusiyanın döyüşən briqadaları demək olar ki, Ukraynada sıradan çıxarılıb və ordu döyüşə bilmir.

Politoloq qeyd edib ki, Ukraynanın yeni hücumları Xerson və Zaparoji istiqamətində olmaqla Donbas və Mariupol istiqamətində intensivləşəcəyi gözlənilir:

"Əgər, peşəkar hərbiçilər məğlub olubsa, səfərbərliyə çağıranlar döyüşməyəcək və Rusiya ciddi itkilər verəcək. Göründüyü kimi Rusiya ordusu Ukraynada işğal etdiyi ərazilərdən çıxarılır. V.Putinin səfərbərlik elan etməsi, daxili siyasi sistemdə problemlərə yol açacaq. Ordunun döyüşə bilməməsi və məğlub olması fonunda ordu rəhbərliyi digər güc strukturları qarşısında zəifləyəcək. Və hakimiyyət uğrunda daxili mübarizədə ordu kənara çəkiləcək. Putin Xerson və Zaparojidə qondarma referendum keçirib bu əraziləri Rusiyaya birləşirməyi planlaşdırır. Bununla da Ukraynanın əks-hücumlarını Rusiya ərazisinə hücum kimi qiymətləndirəcək. Bu barədə Putin Qərbə xüsusilə NATO-ya müharibə elan etdi. Putin Rusiyaya hücuma məruz qalarsa ənənəvi şantajını -nüvə silahına əl atcağını vurğuladı. Bu, Putinin ordusunun məğlub olmasını və zəiflədiyinin göstəricisidir. Putin özünü sığortalamaq üçün müdafiə naziri S.Şoyqunu və Baş Qərargah rəisi V.Gerasimovu vəzifədən azad edəcəyi mümkündür".

M.Əsəsdullazdə qeyd edib ki, kollektiv Qərb Rusiyaya yeni sanksiyalar tətbiq edərək, Ukraynaya hücum silahları və ballistik raketlərlə təmin edəcək:

"Yeni hücum Krım və Donbası uğrunda gedəcəyi istisna deyil. Geopolitik toqquşma yeni müstəviyə daxil olur. Rusiya Ukraynadan çıxarılandan sonra Cənubi Qafqaz, Moldova və Mərkəzi Asiyadan da çıxarılacaq. Rusiyanin Cənubi Qafqazda mövqelərinin zəifləməsi Gürcüstanın Cənubi Osetiya və Abxaziyaya yeni hərbi əməliyyatlar başlamasına gətirə bilər. Azərbaycan Ermənistan üzərində hərbi qələbəni davam etdirib, Zəngəzur dəhlizinin açılmasını təmin edə bilər".

Xəbər 1297 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +