Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik


31.01.2024  12:42 

“Nar” yenilənmiş diler mağazasını Şəkidə təqdim edib





A+  A-

“Nar” yenilənmiş diler mağazasını Şəki şəhərində təqdim edib. İstiqlaliyyət prospekti 177/20 ünvanında fəaliyyət göstərən mağazada sərfəli “Nar” təkliflərindən və yüksək müştəri xidmətlərindən yararlanmaq mümkündür.

Xəzərnews.az xəbər verir ki, mağazanın açılışında “Nar”ın Baş İcraçı direktoru Qunnar Panke ilə yanaşı şirkətin rəhbər heyəti iştirak edib.

Əsas məqsəd yerlərdə abunəçilərlə birbaşa ünsiyyətdə olmaq, onların istək və tələblərini öyrənməkdir.

Bütün ölkə ərazisində keyfiyyətli zəng və internet xidmətlərini hər kəs üçün əlçatan edən “Nar”, paytaxtla yanaşı, bölgələrdə də mağazalarını yeniləyir. 2024-cü ildə mobil operator daha 17 bölgədə yeni konspetli “Nar” mağazalarını təqdim etməyi planlaşdırır.

Sizə yaxın olan “Nar” mağazalarının ünvanlarını öyrənmək üçün nar.az saytına daxil ola bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.






Xəbər 1196 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +