Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


01.07.2021  09:07 

Azərbaycan və Sloveniya XİN arasında məsləhətləşmələr aparılıb





A+  A-

İyunun 30-da Azərbaycan Respublikası ilə Sloveniya Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Xarici İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, siyasi məsləhətləşmələrdə Azərbaycan XİN-in nümayəndə heyətinə nazir müavini Fariz Rzayev, Sloveniya nümayəndə heyətinə Xarici İşlər və Təhlükəsizlik Siyasəti Müdirliyinin Baş direktoru Jernej Müller rəhbərlik edib.

Məsləhətləşmələrdə ikitərəfli siyasi və iqtisadi-ticarət əməkdaşlığının, miqrasiya sahəsində əlaqələrin inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Görüş zamanı Sloveniya tərəfinə münaqişə sonrası regional vəziyyət barədə məlumat verilib, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, minalanmış ərazilərin təmizlənməsindən bəhs edilib.

Tərəflər siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Xəbər 2183 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +