Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb


03.12.2022  10:37 

Avtobus sürücüləri sürət həddini aşa bilməyəcəklər





A+  A-

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sərnişin Daşımalarının Monitorinq Mərkəzini istifadəyə verib.

XəzərNews.az Xəzər TV-yə istinadən xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən rayon və şəhərlərə gedən avtobusların hərəkətinə bu mərkəzdən nəzarət olunacaq.

Bu məqsədlə əlavə GPS avadanlığı və monitorlar quraşdırılıb, əməkdaşlar cəlb edilib. Buna görə də avtobus sürücüləri sürət həddini aşa bilməyəcəklər, onların dayancaqdan kənarda dayanmalarına isə imkan verilməyəcək.

Agentliyin mətbuat katibi Tural Orucovun sözlərinə görə, bu mərkəzdən rayon və şəhərlərə hərəkət edən avtobuslara ciddi nəzarət olunacaq.

Yola düşən avtobusların hərəkətinə mərkəzdə quraşdırılan monitorlar vasitəsi ilə nəzarət olunur. Operatorlar monitorlarda avtobus sürücülərinin qaydaları pozmasını aşkar etdikdə, bu barədə daşıyıcı şirkətlərə məlumat verilir.

Qeyd edək ki, sərnişinlərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi və şəffaflığın təmin edilməsi məqsədilə Monitorinq Mərkəzindən respublika ərazisində fəaliyyət göstərən avtovağzal və avtostansiyalar xüsusi quraşdırılmış nəzarət kameraları vasitəsilə də 24 saat monitorinq edilir.

Xəbər 894 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +