Azərbaycanlı iş adamından Messiyə bahalı hədiyyə...
Taksi sürücülərinin Bakı tətili ləğv edildi
“Qurd Qapısı” restoranı bağlandı
“Toplum TV” işi üzrə məhkəmə başlayıb
Prezident sülh şərtlərini açıqladı
Starlink Azərbaycanda nəyi dəyişəcək?
Ukrayna işğal olunmuş ərazilərdən iki uşağı qaytardı
50 ABŞ senatoru Rusiyaya qarşı... - Sanksiyalar gəlir
“Körpü Bina Tikinti” MMC-nin iş sahəsində ÖLÜM
Qarabağ Azərbaycandır - Almaniya Prezidenti


03.11.2017  16:51 

Fədayə Laçın azad oluna bilər?





A+  A-

Fədayə Laçının qaçmasına köməklik göstərdiyi şəxslərdən biri tutulduğuna, digəri öldürüldüyünə görə, onun barəsindəki həbs-qətiimkan tədbirinin dəyişdirilməsi gündəmə gələ bilərmi?
XəzərNews.az xəbər verir ki, Modern.az məsələnin hüquqi müstəvidə həlli və F.Laçının həmkarlarının ona zamin dura bilib-bilməyəcəklərilə bağlı məsələni araşdırıb. Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib ki, qətiimkan tədbirinin dəyişdirilməsi mümkündür:

“Qətiimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətiimkan tədbirləri seçilə bilər. Cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, yüngül qətiimkan tədbirilə əvəz edilə bilər.

Hazırkı şəraitdə Fədayə Laçın barəsində həbs-qətiimkan tədbiri seçilib. Bu, ciddi qətiimkan tədbiri hesab olunur. Qətiimkan tədbirinin təsdiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti çərçivəsində onu ləğv edə bilər. Nəzərə alsaq ki, həbs-qətiimkan tədbiri məhkəmə tərəfindən seçilib, onun ləğvi də yalnız məhkəmə qaydasında mümkündür. Qətiimkan tədbirinin dəyişdirilməsi, yaxud zaminliyə verilməsilə bağlı qərar verilə bilər. Bu da yalnız məhkəmə qərarı ilə. Zaminliyə verilmə iki cür olur: şəxslərin zaminliyinə verilmə və təşkilatın zaminliyinə verilmə. İndiki halda Fədayə Laçın yalnız məhkəmə qərarı ilə şəxslərin zaminliyinə verilə bilər”.

Hüquqşünas bildirib ki, zamin durmaq istəyən şəxslər müvafiq qaydada cinayət işinə prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edə bilər:

“Bu halda prokuror tərəfindən də məhkəməyə müraciəti əsasında qətiimkan tədbiri dəyişdirilə bilər. Yaxud vəkil məhkəmə qarşısında vəsatət qaldıra bilər. Amma hər şeydən əvvəl məhkəmə tərəfindən zaminliyin mümkünlüyü haqqında qərar olmalıdır. Bütövlükdə Fədayə xanımın zaminliyə verilib-verilməməsi ilə bağlı məsələ həm cinayət işinin istintaqını aparan müstəntiq və həm də prokuror tərəfindən qaldırıla bilər. Bu baş verəcək yoxsa yox, söyləmək çətindir.

Qətiimkan tədbirinin dəyişdirilməsi zamanı təqsirləndirilən şəxsə 2 nəfərdən 5 nəfərə qədər şəxs zamin dura bilər. Şəxsin gələcəkdə istintaqdan qaçıb gizlənmə ehtimalı və istəyi yoxdursa, qətiimkan tədbirinin dəyişdirilməsi mümkün sayılır. Zaminliyə buraxılma zamanı şəxsin məhkumluğu ləğv edilmir, istintaq davam edir. Bunun üçün ibtidai istintaqı həyata keçirən subyektlərin fikirləri və rəyləri əsasdır. Amma məhkəmə bütövlükdə məsələyə baxıb qərar verə bilər. Nə qədər ki, Fədayə Laçın haqqında həbs-qətiimkan tədbiri seçilib, onun dəyişdirilməsi yalnız məhkəmə qaydasında mümkündür”.

Bəs, məhkəmə həbs-qətimkan tədbirinin dəyişdirilməsilə bağlı qərar çıxararsa, həmkarları ona zamin durmaa istəyərmi?

Fədayə Laçının həmkarı, uzun müddət duet ortağı olan Tacir Şahmalıoğlu Modern.az-a deyib ki, zamin durmaq xoşuna gələn iş deyil:

“Bir eloğlu, müəllim, həmkar kimi nə kömək lazım olarsa, etməyə hazıram. Biz bir yerdə çörək kəsmişik. Fədayə mənim tərəf-müqabilim olub, yaxşı insandır, xətrini çox istəyirəm. Köməkliyimi bu cür edərəm. Amma zamin durmaq mənim xoşuma gələn iş deyil”.

Digər tanınmış müğənni Manaf Ağayev isə həmkarı Tacir Şahmalıoğlundan daha ürəkli danışıb:

“Desəm durmaram pis çıxacaq, desəm duraram, onda da cinayətkar olacam. Yox əgər, qanun buna yol verirsə, zamin duraram”.

Xəbər 1926 dəfə oxunub.




02.04.2025  17:07 

Xatirənin bu geyimi tənqid olundu

02.04.2025  13:53 

Cavidşünaslıqda yeni mərhələ

02.04.2025  13:21 

Bakının sabahkı havası - Proqnoz

02.04.2025  12:17 

Baxışımdan od al, isin!

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI


BÜTÜN XƏBƏRLƏR +