Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


31.01.2025  14:56 

“Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur”





A+  A-

Xəbər verdiyimiz kimi, Azərbaycanın Yunanıstandakı Səfirliyinin birinci katibi vəzifəsində işləmiş Rəhman Şahhüseynli Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.

Sumqayıt Şəhər Məhkəməsində R. Şahhüseynli barəsində xırda xuliqanlıqla bağlı bəraət verilib, digər iki əmələ görə isə 500 manat cərimə edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Rəhman Şahhüseynli baş verənlərlə bağlı “Qafqazinfo”ya müraciət edib. Bildirib ki, bütün bunlar illərdir onunla yaşayan və ciddi səbəblərdən dolayı qarşı tərəfə getməkdən qətiyyətlə imtina edən uşağına görədir:

“Məsələnin mahiyyəti ailə-məişət və uşaq mövzusu olduğu üçün detallara girmək istəmirəm. Media nümayəndələrini də bu tip xəbərlərə həssas yanaşmağa, paylaşmamağa çağırıram. Qısaca deyim ki, keçmiş qohumlarım müxtəlif yollarla mənə təzyiq edərək, hazırda davam edən məhkəmələrdə üstünlük əldə etmək istəyirlər.

Vaxtilə uşağa qarşı qanunsuz və amansız əməllər törətmiş Sumqayıt İcra idarəsinin bəzi məmurları da keçmiş qohumlarımla eyni cəbhədə mənə qarşı “vuruşduqlarına” görə məsələ çox eybəcər forma almaqdadır. Şikayətim əsasında həmin məmurlardan bəziləri artıq işdən uzaqlaşdırılıb, digərləri tənbeh olunub.

Səlahiyyətindən sui-istifadə edərək qisas zəminində mənə və uşağa qarşı qərəzli və qanunsuz əməllər törədən icra məmurları ilə bağlı 10 gün əvvəl ədliyyə nazirinin müavini Mübariz Əhmədovun qəbulunda oldum. Orada məsələni sənəd və sübutlarla diqqətə çatdırdım. Mənə verilən məlumata görə, həmin məmurlar barədə artıq xidməti araşdırma başlanıb”.

Xatırladaq ki, keçmiş diplomatın Yunanıstandakı səfirimiz tərəfindən döyülməsi ilə bağlı iddialar yayılmışdı. XİN-in açıqlamasında isə yayılan məlumatlar əsasında araşdırma aparıldığı və həqiqətə uyğun olmadığı bildirilmişdi.

Onu da qeyd edək ki, Rəhman Şahhüseynli 2024-cü ilin sentyabrında geri çağırılıb və “diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törətdiyi” üçün diplomatik fəaliyyətinə xitam verilib.



Xəbər 2775 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +