Əmi 11 yaşlı qardaşı qızını zorlayıb - Azərbaycanda
Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib


24.01.2018  21:16 

Ötən il sahibkarlara 1646 lisenziya verilib





A+  A-

“İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə 2017-ci ildə sahibkarlara 1646 lisenziya verilib. Bunun da 1027-si yeni, 619-u müddətsiz lisenziya ilə əvəz edilib və ya yenidən rəsmiləşdirilmiş lisenziyalardır”.
XəzərNews.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyində keçirilən geniş kollegiya iclasında nazir Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, lisenziyaların verilməsinə başlanıldığı 2015-ci il noyabrın 2-dən indiyədək sahibkarlara ümumilikdə 5 min lisenziya verilib. Bu lisenziyaların 2 min 694-ü yeni, 2 min 306-sı isə müddətsiz lisenziya ilə əvəz edilib və ya yenidən rəsmiləşdirilmiş lisenziyalardır:

“Lisenziyalar əsasən əczaçılıq, tikinti-quraşdırma işləri, özəl tibb, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, baytarlıq preparatlarının satışı, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, təhsil, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, yanğından mühafizə, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri, rabitə xidmətləri sahələrinə verilib”.



Xəbər 1644 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +