Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


16.05.2021  14:39 

Həbsdəki vəzifəli şəxs vurduğu 138 min ziyanı ödəyib





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsində 2017-2020-ci illər ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası vəziyyətinin yoxlanılması zamanı nöqsanların aşkar edilməsi faktı ilə bağlı həmin dövlət qurumundan daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla istintaq aparılıb.
XəzərNews.az-ın məlumatına görə, müəyyən edilib ki, Fondun Şabran rayon şöbəsinin müdiri İlqar Rzayev işlədiyi müddətdə həmin şöbənin mühasibat uçotu sektorunun müdiri Elvin Hüseynov və digər vəzifəli şəxsləri ilə birlikdə vətəndaşların müraciəti əsasında ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilməsi üçün əsaslar olduğu halda, vəzifə saxtakarlığına yol verməklə dövlət büdcəsinə ümumilikdə 341 min manat ziyan vurublar.

Toplanmış sübutlarla İlqar Rzayev, Elvin Hüseynov və digərlərinə CM-nin 179.3.2 (israf etmə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda ), 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstintaq zamanı vurulmuş maddi ziyanın 138 min manat olan hissəsinin ödənilməsi təmin edilib.

Xəbər 2576 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +