Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


02.02.2020  10:25 

“Lotu Quli“ni öldürmək istəyənlər saxlanıldı





A+  A-

İstanbul polisi Rusiya mafiyasına qarşı xüsusi əməliyyat keçirib.
XəzərNews.az-ın “Sözcü”yə istinadən məlumatına görə, onların azərbaycanlı “qanuni oğru” "Lotu Quli"ni (Nadir Səlifov) öldürmək məqsədi ilə şəhərə gəldikləri bildirilir. Basqın zamanı biri Rusiya, 3-ü Ukrayna, 4-ü Gürcüstan, 8-i isə Azərbaycan vətəndaşı olmaqla, ümulikdə 16 nəfər şübhəli saxlanılıb.

Şübhəhilərin yaxalandığı yerlərdə aparılan axtarışlar nəticəsində 11 tapança, 1 AK 47 tipli lüləli silah, 222 ədəd mərmi götürülüb. Saxlanılanlar İstanbul Polis İdarəsinə aparılıb.

Qeyd edək ki, Nadir Səlifov 2018-ci ildə İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyinin əməkdaşları tərəfidən Bakırköydə saxlanılmışdı. Rusiya tərəfindən axtarılan "Lotu Quli" Türkiyədən istənilsə də, bu, Azərbaycan və Türkiyə arasında qəbul edilmiş anlaşmaya əsasən mümkün olmamışdı. Belə ki, günahkar bilinən iki ölkdə vətəndaşları üçüncü bir ölkəyə verilmir.

Xəbər 1596 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +