“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir


24.04.2025  10:45 

Gündə min günah yuyuram! - Əli Hacı Ağaevli





A+  A-

"Ədəbi düşüncələr" rubrikasında şair Əli Hacı Ağaevlinin şeirlərini zaman-zaman oxuculara təqdim edəcəyik. Şairin sosial şəbəkələrdə böyük maraqla qarşılanan şeirləri müxtəlif illərdə yazılmış ədəbi nümunələrdir. Asan həzm olunan, dərin məna ehtiva edən bu şeirlər Əli Hacının mə­nəvi – ruhani dünyasının poetik ifadəsidir.

Yıxıldım üzüm üstdə,
Yer, mənə ağlamadı!
Asdılar sözüm üstdə,
Dar,mənə ağlamadı!

Məna var hər çalarda,
Boğuldum bu çalada!
Saldığım bağçalarda,
Bar, mənə ağlamadı!

Salavat çəkdim Aya,
Haqqımız gələ saya...
İtibdir abır-həya,
Ar, mənə ağlamadı!

Hərə nəyəsə bağlı,
Sevdim mən də qış nağlı!
Dedim göyərsin ağlım,
Qar, mənə ağlamadı !

Dünya-qədim bazardı,
Al-veri bir azardı!
Bu bazara, söz ardı...
Var, mənə ağlamadı!

Məqama ün düz oldu,
Ay-para, gün-düz oldu!
Dağların bir ahına,
Gecəsi gündüz oldu!

* * *

İş-gücüm yaman çoxalıb,
gündə min günah yuyuram!
Səndə bir günah gəzirəm,
mən də min günah yuyuram!

Göydən düşüb yer əyildim,
bir ev tikib yer əyirdim!
El-el buzlaşıb əridim,
gendə min günah yuyuram!

Tanrım! Yenə yerdəki-mən,
öz yolumdu, bir də ki, mən!
Sən verdiyin dindəki - mən,
dində min günah yuyuram!



Xəbər 1052 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +