Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


31.07.2017  14:46 

““Qarabağ”la açıq futbol oynamağa dəyməz” - “Şerif”in bombardiri





A+  A-

““Qarabağ”la bizi qarşıda çətin oyun gözləyir. Səfərdə 0:0 oynadıq, ancaq mərhələ keçmək istəyiriksə, evdə qol vurmalıyıq”.
XəzərNews.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan Molodvanın "Şerif" klubunun futbolçusu Vitali Damaşkan bildirib.

O, Tiraspolda belə vacib matçların elə də tez-tez olmadığını söyləyib: "Ev oyunumuzda imkan daxilində çox azarkeş görməyi gözləyirəm, buna ümid edirəm. İstəyirəm ki, onlar bizi azərbaycanlı azarkeşlərin "Qarabağ"ı Bakıdakı matçda dəstəklədiyi kimi dəstəkləsinlər".

18 yaşlı moldovalı hücumçu hesab edir ki, çempionumuzla sabahkı matçda açıq futbol oynamağa dəyməz: "Çünki onların hücumda sürətli futbolçuları var. Bu üzdən elə də açıqlamamağımız, öz anımızı gözləmək yaxşı olardı. Mandraj və həyəcan var, mən bütün matçları ciddi qəbul edirəm. Ancaq Çempionlar Liqasının oyunu qat-qat yaxşıdı və həyəcan daha çox olur. Mən bu haqda düşünməməyə çalışıram".

Xatırladaq ki, Bakıdakı oyunda 90+4-cü dəqiqədə meydana çıxan Vitali hazırda 3 qolla Moldova çempionatının bombardirlərindəndir. O, son turda "Petrokub"la səfərdə 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada qələbə topunun müəllifi olub.

Xəbər 1369 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +