Bu kollecdə tələbələrdən 350-500 manat pul alınır - İddia
Paşinyan sülhdən danışdı
Məmməd Musayev vəzfəzindən kənarlaşdırıldı
Arvadımın çılpaq videolarını yaydı - Məhkəmə
Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirilib
Naxçıvanda 46 milyon manatlıq pozuntu aşkarlandı
Ukrayna Kursku pilotsuz təyyarələrlə vurdu
Sahibkar xanım nazirliyin qarşısında özünü yandırmağa cəhd edib
Söküntülərdə kiçik sahəsi olan evlərə kompensasiyalar necə ödənilə bilər?
Tanınmış əyləncə klubunun fəaliyyəti dayandırıldı


29.09.2021  21:46 

“Merd petrol“ insanları niyə aldadır?





A+  A-

Yasamal rayonunun Moskva prospektində - "Şamaxı yolu" adlanan ərazidə yerləşən "Merd petrol"un yanacaq çənindən çıxan zibil və tullantılara görə maddi ziyana düşən zərərçəkmiş Ramil Quliyev sözügedən məsələnin hansı yerdə qaldığını açıqlayıb.

XəzərNews xəbər verir ki, Publika.az-a danışan zərərçəkmiş bildirib ki, problem həllini tapmayıb və nəticəsiz olaraq da qalır:

"Merd petrol" həyasızlıq etdi, sübut edə bilmədik. Bu gün baş verən hadisə bu gün olur, sabah onu sübut etmək olmur, çənin içini dəyişirlər. 3000-3500 manat civarında maddi ziyana düşdüm. Haram insanlardır, sahibi də elədir. Haqqımı onlara halal etmirəm. Həmin çirkli dizeli indi də saxlayıram. Amma qəbul etmək istəmirlər. Məhkəməyə müraciət etmədim, zədələr bir neçə gün sonra üzə çıxır, onlar isə çənin içini dəyişirlər.

Zəhmətlə qazandığımız pulu bu cür mənimsəyirlər. İşbazdırlar, fırldaqçıdırlar. Gedib gəmilərdən qeyri-qanuni yollarla tullantılı, zibilli yanacaqları alıb gətirib əhaliyə satırlar. Bununla bağlı faktım olmasa da, ictimai araşdırmam olub və nəticə olaraq da müəyyən etmişəm ki, onlar bu yola əl atırlar. Pul qazanmaq üçün ən çirkli üsullardan istifadə edirlər. İnsanlar dürüst olan yerlərdən yanacaq alsınlar, diqqətli olsunlar".

Qeyd edək ki, R.Quliyev dekabr ayında sözügedən yanacaq məntəqəsindən avtomobilinə dizel vurandan sonra maşınının müəyyən hissələri sıradan çıxmışdı. Servisdən isə bildirilmişdi ki, onun avtomovilinə tərkibində su olan çirkli dizel vurulduğu üçün aidiyyəti hissələr sıradan çıxıb.

Xəbər 2693 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı

14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib


BÜTÜN XƏBƏRLƏR +