Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


24.03.2024  00:06 

“Moskvada olan hadisə Putinin siması kimi sirlidir!“ -İranlı jurnalist





A+  A-

"Moskvada baş vermiş dəhşətli hadisə Putinin siması kimi sirlidir!"

Xəzərnews.az xəbər verir ki, bunu iranlı siyasi fəal və jurnalist Əhməd Zeydabadi bildirib.

O, sosial şəbəkə hesabında "Crocus City"də baş vermiş terror aktını təhlil edib:

"Rusiyadakı terror əməliyyatı, bu ölkədəki bir çox hadisələr kimi, müəmmalı və qeyri-şəffafdır. Əslində, Rusiyada siyasət də Vladimir Putinin sirli siması kimi naməlum və birmənalı olmayan rəngə malikdir.

Ona görə də Moskvadakı terror əməliyyatına görə məsuliyyət daşıyan əsas şəxs heç vaxt müəyyən edilərək açıqlana bilməz. Hər bir tərəf istədiyi tərəfi əməliyyatın icraçısı kimi təqdim edə bilər.

Rusiya liderləri Moskvadakı qırğında İŞİD-in və onun kimi terror qruplarının rolunu inkar etməyə can atırlar, bunun əvəzinə, məsələni qeyri-müəyyən şəkildə Qəzza müharibəsi və ya Ukrayna hökuməti ilə bağlı siyasətlə əlaqələndirirlər.

Digər tərəfdən, Ukrayna Moskvanın qanlı əməliyyatlarında Rusiya təhlükəsizlik təşkilatlarının izini faş etmək istəyir.

Bir sözlə, qeyri-insani qətl baş verib və buna görə məsuliyyət daşıyan əsas şəxsin müəyyənləşməsi Rusiya ilə Qərb arasında yeni mübahisəyə səbəb olacaq!"//Yenisabah

Xəbər 1196 dəfə oxunub.




29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +