Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


28.08.2020  12:23 

Bu vitamin koronavirusun çoxalmasının qarşısını alır





A+  A-

Hindistanın Manipal Universitetinin və Regional Biotexnologiya Mərkəzinin alimləri B12 vitaminin koronavirusun çoxalmasını əngəllədiyini müəyyənləşdiriblər.
XəzərNews.az xəbər verir ki, sözügedən araşdırma “IUBMB Life” jurnalında yayımlanıb. Mütəxəssislər təbii məhsullar və dərmanlar arasında hansı molekulların SARS-Cov-2 genomunda olan və virusun çoxalmasına cavabdeh olan nsp12 polimerazasını əngəlləyə bildiyini öyrənmək üçün komputer simulyasiyaları aparıblar. Araşdırma nəticəsində məlum olub ki, B12 vitaminin kofermenti olan metilkobalamin virus hüceyrələrinin çoxalmasını dayandıra bilir.

“Bu maddə yoluxma hallarını azaltmaq və xəstəxanada təcili yardım göstərmək üçün tibb işçiləri, yaşlılar və ya xroniki xəstəliklərdən əziyyət çəkən qruplar üçün profilaktik vasitə olaraq təyin edilə bilər”, - deyə araşdırma məqaləsində qeyd olunub.

Bununla birlikdə, tədqiqatçılar COVID-19 xəstələri üçün müalicə protokollarında dəyişiklik edilməsi üçün bir sıra əlavə araşdırmalara ehtiyac olduğunu bildiriblər.



Xəbər 1978 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +