19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


02.02.2017  16:28 

Ermənilər tərəfindən girov götürülən Elnurun anası danışdı - VİDEO





A+  A-


Ermənistan Ordusunun əsir götürdüyü Elnur Hüseynzadə Bərdə rayonun Qullar kəndindəndir.

XəzərNews.az xəbər verir ki, Elnurun anası Səidə Hüseynovanın İstiPress-in Qarabağ bürosuna verdiyi məlumata görə, Elnur hərbi xidmətini başa vurduqdan sonra yenidən hərbi xidmətə yollanıb və müddətdən artıq hərbi xidmətdə olub. O, sonuncu dəfə dünən səhər evdə olub.

Bərdə rayon Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə, Elnur Hüseynzadənin 2013-cü ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılıb və 2015-ci ildə ordudan tərxis olunub.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı rəsmi məlumatda isə deyilir ki, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin cəbhə xəttində guya, təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin məlumatı yalandır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhədə heç bir aktiv döyüş toqquşması baş verməyib.

Elnur Hüseynzadə adlı şəxs isə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.



Xəbər 1694 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +