19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


02.02.2017  13:50 

“Qırmızı Xaç” Azərbaycan vətəndaşının əsir düşdüyünü təsdiqləməyə tələsmir





A+  A-


Beynəlxaq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Azərbaycan vətəndaşı Elnur Hüseynzadə ötən gün işğal altındakı Talış kəndi istiqamətində erməni tərəfinə əsir düşməsini barədə hələ məlumatsız olduqlarını deyib.

XəzərNews.az bildirir ki, bu haqda Modern.az-a danışan qurum rəsmisi məlumatları mediadan izlədiklərini deyib:

“Beynəlxalq Qırmızı Xaç Komitəsi media məlumatlarını yaxından izləyir. Məlumat təsdiqlənərsə, Qırmızı Xaç Komitəsi öz mandatına uyğun olaraq saxlanma şəraitini və rəftarı monitorinq etmək, ailə əlaqələrini qorumaq üçün saxlanılan adama mümkün olan kimi baş çəkməyə hazırdır”.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni tərəfi guya Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin fevralın 1-də cəbhə xəttində təxribat törətməsi və Elnur Hüseynzadənin əsir düşməsi barədə yaydığı yalan məlumatdan şou düzəltmək niyyətindədir: 

“Böyük ehtimalla ermənilər Elnur Hüseynzadənin hərbçi olduğunu nümayiş etdirmək üçün onun əsir düşdüyü zaman guya hərbi geyimdə, hətta silahlı olmasını belə əks etdirən foto və video materialların yayılmasını təşkil edə bilər. Onu da qeyd edək ki, hərbi geyim formasını müxtəlif xüsusiləşdirilmiş ticarət obyektlərindən də əldə etmək mümkündür”.

Müdafiə Nazirliyi KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini erməni təbliğat maşınının uydurmalarına inanmamağa çağırır və bir daha bildirir ki, E.Hüseynzadə bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.



Xəbər 1905 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +