Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək
Prezident Fərman imzaladı
Qarlı hava yenə qayıdır - Martın ilk günündə...


19.10.2019  11:54 

Bakıda maraqla qarşılanan kitab köşkünü kim sökdü? - Açıqlama





A+  A-

Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda quraşdırılan kitab köşkünün sökülməsinə aydınlıq gətirib.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bir neçə gün öncə şəhərin mərkəzində kitab oxumaq üçün “Kitab dayanacağı” adlı köşk quraşdırılıb və içində müxtəlif kitablar yerləşdirilib. Köşk dünən axşam saatlarında sökülüb.

Məlumata görə, həmin köşk SOCAR əməkdaşları tərəfindən quraşdırılıb və üzərində dövlət neft şirkətinin loqusu da olub.

SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov açıqlamasında bildirib ki, qurum əməkdaşlarının da üzvü olduğu ictimai birlik bir müddət əvvəl belə təklif irəli sürübmüş: “Onlar SOCAR-a məxsus ərazilərdə kitab köşklərinin quraşdırılmasını təklif etmişdilər. Həmin vaxt bu təklif razılaşdırma mərhələsində idi. Lakin bu köşklərin quraşdırılmasını SOCAR maliyyələşdirmir. Həmin ictimai birlik həyata keçirəcəkdi. Sözügedən köşkün quraşdırılması və sökülməsindən isə məlumatım yoxdur”.

İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən “Qafqazinfo”ya verilən açıqlamaya görə, məqsədindən asılı olmayaraq istənilən halda şəhərin mərkəzində hər hansı köşk quraşdırılması üçün müvafiq qurumların icazəsi olmalıdır.

Xəbər 1773 dəfə oxunub.



28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı

28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +