Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


01.10.2020  16:02 

Qan bankı könüllü qan vermək üçün müraciət edənlərə təşəkkür etdi





A+  A-

Milli Hematologiya və Transfuziologiya Mərkəzi məlumat yayıb.
XəzərNews.az-a daxil olan məlumatda bildirilir ki, hər zaman birlik və bərabərlik nümayiş etdirən Azərbaycan xalqı son günlərdə baş verən hadisələr zamanı yenə də əzm nümayiş etdirir:

"Xalqımızın vətənpərvər oğul və qızları həm könüllü şəkildə cəbhəyə yollanmaq üçün müraciətlər edir, həm də Azərbaycan ordusunun zəfər yürüşü zamanı yaralanan mərd hərbçilərimiz üçün könüllü şəkildə qan vermək məqsədilə qan banklarına gəlir. Bu nəcib təşəbbüslərinə görə Mərkəzi Qan Bankı adından bütün vətəndaşlarımıza təşəkkür edirik!

Vətəndaşlarımıza müraciət edərək bildirmək istəyirik ki, Mərkəzi Qan Bankı və regionlarda yerləşən bölmələri hər zaman olduğu kimi, adi qaydada fəaliyyətini davam etdirir və hazırda qan ehtiyatlarımız kifayət qədərdir. Könüllü şəkildə qan donoru olmaq istəyən vətəndaşlarımız Mərkəzi Qan Bankının Bakı şəhərində və bölgələrdə yerləşən bölmələrinə zəng və ya gələrək ad, soyad, qan qrupu və telefon nömrələri haqqında məlumat verərək qeydiyyatdan keçə bilərlər. Ehtiyac yarandığı təqdirdə biz həmin məlumatlar vasitəsilə sizinlə əlaqə saxlayıb, qan banklarına dəvət edəcəyik.

Biz öz doğma torpaqlarımızda, işğal altında olan torpaqlarımızı geri qaytarmaq üçün vuruşuruq. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir! Azərbaycan əsgəri düşməni torpaqlarımızdan çıxaracaq və haqq-ədaləti bərpa edəcək. Bizim davamız ədalətli davadır və biz əminik ki, bu zəfər yürüşündə Azərbaycan xalqı cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun yüksək döyüş əzmi ilə istədiyinə nail olacaq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək!

Bir daha xaqlımıza göstərdiyi birlik və bərabərliyə görə təşəkkür edirik. Uca Allah ölkəmizi, xalqımızı və ordumuzu qorusun!

Biz birlikdə güclüyük!"

Xəbər 2198 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +