Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub


18.08.2020  10:28 

Ankara daxil olmaqla 20 şəhərdə qadağalar bərpa olundu





A+  A-

Türkiyədə sosial məsafənin qorunması və maska taxılması kimi qaydalara əməl edilməməsi səbəbiylə yoluxmaların artması ilə bəzi qadağaların tətbiqi bərpa olunub.
XəzərNews.az “Milliyet”ə istinadən xəbər verir ki, bir çox vilayətdə 65 yaşdan yuxarı vətəndaşların şəhərdə hərəkəti məhdudlaşdırılıb. Ankara, Kastamonu, Kütahya, Eskişehir, Erzincan, Ordu və Bursa şəhərlərində də qaydaların qüvvəyə minməsi ilə 65 yaşdan yuxarı vətəndaşlara məhdudiyyət qoyulan şəhərlərin sayı 20-yə yüksəlib.

Qaydalara görə, 65 yaşdan yuxarı vətəndaşlara ictimai nəqliyyatın sıx vaxtlarında bu nəqliyyat vasitələrindən istifadə etmələrinə icazə verilməyəcək. Xroniki xəstəlikləri olan və 65 yaşdan yuxarı vətəndaşların toy, cənazə, və s. insan sıxlığının yaşandığı kütləvi tədbirlərdə iştirakı qadağan ediləcək.

Tədbirlərin səmərəli həyata keçirilməsini təmin etmək üçün qurulmuş Küçə Nəzarət Mərkəzləri daxilində “Məhəllə Nəzarət Heyətləri” yaradılacaq. Bu qruplar məhəllələrdə müəyyən edilmiş və karantində olan insanları izləyəcəklər.

Məlumatlandırılmaqlarına baxmayaraq, karantin qaydalarını pozduğu aşkar edilən şəxslər haqqında Ümumi Səhiyyə Qanununun 282-ci maddəsinə uyğun olaraq inzibati cərimə tətbiq ediləcək.

Xəbər 1741 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +