“Top Qapı” restoranında təmir və kabab... - Foto
Kadırov 17 yaşlı oğlunu DİN-nin kuratoru təyin edib
“Melissa Group”da mənzillərin satışı dayandırıldı
Putin Avropaya hakim olmaq istəyir - Budris
Nigar Fərhada görə “Kanal S”in yayımı dayandırıldı
Müəllimlərə “hinduşkabaş” demişdi, işdən çıxarıldı
Şeyx bayram namazından İrana görə imtina edib?
“Şərurlu İsfəndiyar”a görə şərurlular niyə vurulur?
Hərbi xidmətə növbəti çağırış başladı
Sabah gündüz 25° isti olacaq


10.04.2023  17:24 

Əvəz Zeynallının məhkəməsi niyə təxirə salındı?





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

XəzərNews.az Trend-ə istinadən xəər verir ki, prosesdə Əvəz Zeynallının vəkilləri onun səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılmasını istəyiblər. Müdafiəçilər bildirib ki, Əvəz Zeynallının görmə qabiliyyətini itirmə təhlükəsi var. O tutulmazdan 20 gün əvvəl Tədris Cərrahiyyə Klinikasında müayinədən keçib, təcili gözündən əməliyyat olunmasına dair həkim rəyi məhkəməyə təqdim olunub.

Əvəz Zeynallı özü də vəsatətə münasibət bildirərkən qeyd edib ki, məhkəmə onun əməliyyat olunması üçün şərait yaratmalıdır.

Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını istəyib. O, Ə. Zeynallının cinayət əməlinin ictimai ağırlığını nəzərə alaraq ev dustaqlığına buraxılmasını məqbul saymayıb.

Hakimlər müşavirə keçirərək vəsatəti rədd edib. Hakim bildirib ki, Ə.Zeynallı ev dustaqlığına buraxılacağı təqdirdə zərərçəkmiş və şahidlərə təsir göstərə bilər. Səhhəti ilə bağlı problemə gəlincə isə hakim deyib ki, Əvəz Zeynallı Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə ala bilər.

Daha sonra prokuror ittiham aktını elan edib. İttiham aktı elan olunan zaman Əvəz Zeynallı ittihamla razı olmadığını deyərək bir neçə dəfə prokurora mane olub. Hakim prosesin gedişatının pozulması səbəbi ilə məhkəməni təxirə sallb.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Odur ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib.

Xəbər 1011 dəfə oxunub.




01.04.2025  14:57 

Sabah gündüz 25° isti olacaq

01.04.2025  14:43 

Qara dənizdə atəşkəs var?

01.04.2025  13:58 

Annalena Baerbok Ukraynaya gedib

01.04.2025  13:14 

Mən niyə "supa oturmuşam?"

01.04.2025  09:52 

Ermənilər atəşkəsi pozub

01.04.2025  09:40 

Bakıda piyadanı maşın vurub


BÜTÜN XƏBƏRLƏR +