“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


24.01.2025  14:22 

Azərbaycanda sərvət və gəlir bərabərsizliyinin fotosu...





A+  A-

Mərkəzi Bankın rəhbərliyi media nümayəndələri ilə 2 gün əvvəl keçirdiyi görüşdə açıqlayıb ki, hazırda ölkədə depozit hesabı olan fiziki şəxslərin sayı 150 min ətrafındadır. Təəssüfki, ümumi depozit hesablarının sayı barədə rəsmi məlumat yoxdur. Çünki bəzən bir şəxsin xarici valyutada və manatda ayrıca hesabları olur. Yaxud 100 min manatlıq sığortalanma limitinə görə fərqli banklarda bir neçə fərqli manat hesabı ola bilir.

Bu rəqəmi də deyiblər ki, bütün əmanətlərin 78%-i 30 min manata qədər olan əmanətlərə aiddir.

18 və yuxarı yaşda əhalinin sayının 7,6 milyon nəfərə yaxın olduğu nəzərə alınsa, bu o deməkdir ki, əhlainin ən yaxşı halda 2%-nin banklarda depozit hesabı var.

Depozitlərin 78%-nin məbləği 30 min manat qədər olan hesablarda yerləşdirilməsi ilə bağlı statistikaya gəldikdə, bu ölkədə sərvət təbəqləşməsinin real miqyasını görmək baxımından çox önəmlidir.

Təbii ki, 30 min manata qədər əmanəti olanlar arasında hətta 1000-2000 manatlıq məbləğlər də var.

Mərkəzi Bank bu kateqoriya üzrə orta depozit məbləğini açıqlamış olsa idi, mənzərə çox aydın görünərdi. Belə bir statistika olmadığı üçün yeni maksimum bir rəqəm üzərindən ehtimal əsasında təxmini hesablama aparsaq nəticə belədir: hətta bir əmanətmi üzrə orta depozit məbləği 20 min manat olsa, bütün şəxslərin (150 min) 78%-də ən yaxşı halda 3 milyard manat depozit olduğunu söyləmək olar.

Vətəndaşlara məxsus bütün depozitlərin 14,2 milyard manat olduğu nəzərə alınsa, bu o deməkdir ki, ən zəngin 20% depozit sahibi bank sektorundakı bütün depozitlərin təxminən 75%-nə də sahibdirlər.

Amma hətta nəzəri olaraq həmin əmanətçilərin hamısında istisnasız olaraq 30 min depozit olsa, 78% əmanət sahibinin malik olduğu vəsaitlərin həcmi bütün əhali depozitlərinin 30% ətrafında olduğu görünür.

Belə bir iddia səsələnə bilər ki, əhali sandıq və yastıq altında yığıma daha çox üstünlük verir. Amma sığortalanmanın olduğu şəraitdə insanların böyük əksərriyyətinin sərbəst pul vəsaitlər sayəsində faiz gəlirləri əldə etməmək istəməməsi heç real görünmür.

İkincisi, dövlət qurumları zəhmət çəkib müxtəlif etibarlı müayinə və tədqiqatlar əsasında yastıqaltı yığım dövriyyəsinin real miqyasını ortaya çıxarsın və əhalinin bank sektoruna niy güvənmədiyinin səbəblərini də dilə gətirsin.

Fikrimcə, problem yoxsulluğun miqyasının geniş olmasıdır. Ailə təsərrüfatlarının böyük əksəriyyəti yığım edə bilmədən ən yaxşı halda gündəlik dolanışıqları üçün pul qazana biləcəkləri vəziyyətdədirlər.

Təqdim olunan statistika Azərbaycanda sərvət və gəlir bərabərsizliyinin fotosu hesaba oluna biləcək nadir və açıq rəsmi məlumatlardan biridir.

Rövşən Ağayev

Xəbər 2331 dəfə oxunub.




23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +