“Qurd Qapısı” restoranı bağlandı
“Toplum TV” işi üzrə məhkəmə başlayıb
Prezident sülh şərtlərini açıqladı
Starlink Azərbaycanda nəyi dəyişəcək?
Ukrayna işğal olunmuş ərazilərdən iki uşağı qaytardı
50 ABŞ senatoru Rusiyaya qarşı... - Sanksiyalar gəlir
“Körpü Bina Tikinti” MMC-nin iş sahəsində ÖLÜM
Qarabağ Azərbaycandır - Almaniya Prezidenti
“Pilot-16” da vətəndaşın evini icazəsiz sökübmüş
Turizm Agentliyində yoxlama davam edir


12.07.2023  15:29 

DİN və DSX birgə əməliyyat keçirdi





A+  A-

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin Horadiz Sərhəd Dəstəsinin əməkdaşları tərəfindən birgə keçirilən daha bir əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

XəzərNews.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında İmişli rayonunda keçirilən tədbir zamanı Göyçay şəhər sakinləri əvvəllər məhkum olunmuşlar – Ruslan Qasımov, Nurlan Mehdiyev və Elmir İsmayılov narkotik madələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıblar:

“Bu şəxslərdən ümumilikdə 58 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş qurudulmuş marixuana və 1030 ədəd narkotik tərkibli metadon həbi aşkar edilib. Ruslan Qasımov, Nurlan Mehdiyev və Elmir İsmayılov onlardan aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Seyid” adı şəxsin vasitəsilə qabaqcadan əlbir olub razılaşmaqla sərhəd bölgəsində yerləşən İmişli rayonu Qaragüvənlikli kəndi ərazisində gizlədilən yerdən Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, son 3 ay ərzində Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələr göndərilməsinin qarşısının alınması məqsədi ilə birgə keçirilən əməliyyatlar zamanı 500 kiloqramdan artıq müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb”.

Xəbər 1264 dəfə oxunub.




02.04.2025  13:53 

Cavidşünaslıqda yeni mərhələ

02.04.2025  13:21 

Bakının sabahkı havası - Proqnoz

02.04.2025  12:17 

Baxışımdan od al, isin!

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI


BÜTÜN XƏBƏRLƏR +