“Qurd Qapısı” restoranı bağlandı
“Toplum TV” işi üzrə məhkəmə başlayıb
Prezident sülh şərtlərini açıqladı
Starlink Azərbaycanda nəyi dəyişəcək?
Ukrayna işğal olunmuş ərazilərdən iki uşağı qaytardı
50 ABŞ senatoru Rusiyaya qarşı... - Sanksiyalar gəlir
“Körpü Bina Tikinti” MMC-nin iş sahəsində ÖLÜM
Qarabağ Azərbaycandır - Almaniya Prezidenti
“Pilot-16” da vətəndaşın evini icazəsiz sökübmüş
Turizm Agentliyində yoxlama davam edir


27.01.2020  09:28 

Bakıda daha bir məmur saxlanıldı - Külli miqdarda vəsait mənimsəyib





A+  A-

"Lifttəmir" İstehsalat Birliyində (İB) olan yeyinti faktları ilə bağlı daha bir nəfərə cinayət işi başlanıb.
XəzərNews.az APA-ya istinadən məlumatına görə, İstehsalat Birliyində aparılan yoxlamalar zamanı həmin müəssisədə müxtəlif vəzifələrdə çalışmış Hüseynov Əhməd Nəsrəddin oğlunun külli miqdarda vəsaiti mənimsədiyini ortaya çıxıb.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Ə. Hüseynov barəsində aparılan cinayət işinin ibtidai istintaqı başa çatıb. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Qeyd edək ki, bundan əvvəl də “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Ruslan Dilanov barəsində cinayət işi məhkəməyə göndərilmişdi. Hazırda onun barəsində olan cinayət işinə məhkəmədə baxılır.

Xəbər 1667 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.04.2025  13:53 

Cavidşünaslıqda yeni mərhələ

02.04.2025  13:21 

Bakının sabahkı havası - Proqnoz

02.04.2025  12:17 

Baxışımdan od al, isin!

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI


BÜTÜN XƏBƏRLƏR +