Boş sənsən, Erkin Hüseynov!
Üç yaşlı Timofey ölüb
Sahibkar Bakıda: Yağımız da xaricdən gəlir
İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Foto
Saleh Məmmədov yola salınır?
Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi
Seyran Məmmədova yeni vəzifə verilib
Faktiki hava açıqlandı - Duman var
Samir Babayevin baldızı saxlanılıbmı?


08.05.2017  10:37 

Ermənilərə işləyən hərbçi kimdir? - “O, cəbhə bölgəsinə təyinat aldı”





A+  A-

Hərbi ekspert Üzeyir Cəfərov Baş Prokurorluğun Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə yaydığı bir qrup hərbi qulluqçuların vətənə xəyanət etmələri barədə yaydığı bəyanata münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, ekspert deyib ki, onun tərəfindən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən xalqına, vətəninə və dövlətinə xəyanət yolu tutan şəxslərlə bağlı Hərbi Əks Kəşfiyyat İdarəsinin vəzifəli şəxslərinə bəzi məlumatlar bir neçə ay bundan əvvəl çatdırılıb: “Məsələnin nə yerdə olması ilə bağlı bir neçə dəfə maraqlansam da, mənə bildirildi ki, göstərdiyim xüsusiyyətlər üzrə hələ araşdırmalar aparılır və yəqin ki, tez bir zamanda lazım olan addımlar atılacaq.

Qısa olaraq onu qeyd edim ki, Müdafiə Nazirliyinin Bakı yaxınlığındakı hərbi hissələrindən birində xidmət edən konkret adı və soyadı bilinən şəxs cəbhə bölgəsinə, konkret döyüş mövqelərinə getmək üçün müxtəlif yollar arıyıb. Çox qəribədir ki, ona bu işdə yardımçı olan şəxslər tərəfindən o birbaşa döyüş bölgəsinə təyinat alır. Bundan sonra onun hərəkətləri və əməlləri böyük narahatlıqlar və narazılıqlar yaradır. Məhz ona görə də, onun hərəkətlərindən şübhələnən bəzi komandirlər bu adamla bağlı müvafiq addımların atılmasının vacibliyini qeyd etdikdən sonra, tərəfimdən Hərbi Əks Kəşfiyyat İdarəsinin rəhbər şəxslərinə o şəxslə bağlı müvafiq ölçünün götürülməsi xahiş olunmuşdu.

İndi isə məlum olur ki, iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və digər mülki şəxslər Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”.

Ekspert bunun bir azərbaycanlı zabit kimi çox iyrənc və təəssüfedici bir hadisə kimi ona təsir etdiyini vurğulayıb: “Axı sən necə vicdansız və əqidəsiz olasan ki, qatı düşmənlə əməkdaşlıq edəsən? Baş verənlər bizi bir daha hər bir məsələyə, xüsusən də cəbhə bölgəsi ilə bağlı ən xırda detallara belə ciddi yanaşmağı tələb edir. Biz erməni kimi yaramazlara imkan və fürsət verməməliyik ki, onlar Silahlı Qüvvələrimizi zəiflətmək, gözdən salmaq üçün bəzi nadürüst və vicdansız ünsürlərdən istifadə etsinlər”.

Xəbər 1632 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?

04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +