Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


14.03.2023  18:06 

Son sutkada 65 yeni yoluxma qeydə alınıb





A+  A-

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

XəzərNews.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, son sutkada 65 yeni yoluxma faktı qeydə alınıb, koronavirusa yoluxmuş 48 nəfər isə sağalıb.

Qeyd olunub ki, həmçinin son sutka ərzində koronavirusdan 3 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 829 011 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 638 nəfər müalicə olunaraq sağalıb, hazırda 226 aktiv xəstə var. Bu günə qədər 10 147 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 558, bu günə qədər isə ümumilikdə 7 543 617 test icra olunub.

Eyni zamanda, ölkədə son sutka ərzində 480 nəfər vaksinasiya olunub. Belə ki, gün ərzində birinci doza vaksinlərin sayı 188, ikinci doza vaksinlərin sayı 58 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 197-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 37 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 951 923 olub.

Xəbər 902 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +