Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


04.03.2023  11:02 

“Daha bir bütünüz sındı, Bəxtiyar olun!” - Deputat





A+  A-

Xəbər verdiyimiz kimi, ictimai fəal və keçmiş məhbus İlkin Rüstəmzadə Bəxtiyar Hacıyevi ifşa edən sensasion açıqlamalar verib. İlkin Rüstəmzadə bu barədə feysbukda canlı yayım edərək, çıxış edib. O, Bəxtiyar Hacıyevi “seksual manyak” adlandırıb.

XəzərNews.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa məsələyə sosial şəbəkə hesabından münasibət bildirib:

“İlkin Rüstəmzadənin açıqlamasını izlədikdən sonra bu cümləni yazmaq zərurəti duydum: Avropaçılığı, Ateistliyi, Müsəlmançılığı, Amerikaçılığı, Cəbhəçiliyi, YAPçılığı, Müsavatçılığı, regionçuluğu, bütöv və yarımçıq Azərbaycançılığı əksər hallarda bütpərəst formasında yaşayan xalqımızın zavallı insanları.

Daha bir bütünüz sındı. Bəxtiyar olun!

Gənclərimiz, orta nəslin insanları, sizlərə deyirəm, siyasi, ictimai, dini və başqa dələduzların dalınca çox da sürətlə getməyin, kimsəni bütə çevirməyin, hər sözü, hər fikri zamana və məkana görə təftiş edin, Vətən sevgisini saxta pafoslu vətənpərvərlikdən ayırın.

Kimlərinsə bundan bəxtiyar görünməsinə aldanmayın, qalıcı olan hansı platformada olursa-olsun bu millətin, bu dövlətin faydası üçün səmimi çalışmaqdır”.

Xəbər 1043 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +