Yeni tikili binalarda qaraj fırıldağı - VİDEO
CHP-li bələdiyyə başqanı Öcalanı təhqir etdi: “Erməni atan...”
Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı
Ədalət Verdiyev azadlığa buraxıldı
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb


02.04.2024  16:22 

“Gözə gəldim“ - Əməliyyat olunan Sevda





A+  A-

"2 il bundan əvvəl süd vəzimdə xırda bir şişin olduğunu hiss etmişdim. Əhəmiyyət vermədim. Dedim ki, boş şeydir, keçib gedər. Üstündən 2 il keçdi fındıq boyda şiş şişdi oldu yumurta boyda. Gördüm ki, artıq bu ciddi bir məsələdir. Ondan sonra getdim həkimlərin yanına. Onlar məni müayinə etdilər, bütün analizləri verdim. Dedilər ki, sizin belə bir xəstəliyiniz var (süd vəzinin onkoloji xəstəliyi – red.). Əməliyyat olundum. Şükürlər olsun ki, artıq özümü yaxşı hiss edirəm".

Xəzərnews.az Axşam.az istinadla xəbər verir ki, bu sözləri müğənni Sevda Əliqızı "Xeyirli axşamlar" verilişində deyib. Xəstəliyindən danışan sənətçi hazırda özünü yaxşı hiss etdiyini bildirib:

"Anam mənə dəfələrlə deyirdi ki, kaş mənə olardı, sənə yox. Söyləyirəm ki, bu Allahın işidir. Heç zaman elə şey demək lazım deyil. Hərənin öz vaxtı var. Allaha dua edin ki, sağlamlığıma qovuşum. Yaşamağım uzansın. Ölməkdən qorxmuram. Allah nə yazıbsa, o da olacaq. Gözə gəldim".

İndi də çiyinlərimdə yüküm var. Pozitiv olmağa çalışıram. İstəmirəm öz dərdimi və ya neqativimi kimlərəsə danışaraq, ötürüm. Özümü ruhsuz hesab etmək istəmirəm. Qoy içimdə ki, elə içimdə qalsın. Özümə görə deyil, oğluma görə narahatam. Onu heç zaman tək qoymaq istəmirəm. Mən onun dayağıyam. O mənimlə, mən də onunla nəfəs alıram".

Xəbər 5572 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!

07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +