Yeni tikili binalarda qaraj fırıldağı - VİDEO
CHP-li bələdiyyə başqanı Öcalanı təhqir etdi: “Erməni atan...”
Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı
Ədalət Verdiyev azadlığa buraxıldı
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb


28.03.2024  09:52 

“Əməkdar artist”ə 200 minlik hədiyyə





A+  A-

"2011-ci ildə mənə zəng gəldi. Dedilər ki, get filan yerdən "İnfiniti QX 56” markalı avtomobili götür. Getdim gördüm ki, sənəddə Yusif Mustafayev yazılıb. Dedilər ki, sənədə imza at. O vaxt qiyməti 110 min dollar idi, təxminən 200 min manat”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev "Rəngarəng səhər" verilişində deyib. Sənətçi bahalı hədiyyəni ona qocalar evində çıxış etdiyi üçün verildiyini bildirib:

"Sonra dedilər ki, get Baş Dövlət Yol Polisi İdarəsinə. Orada soruşdular ki, maşın üçün hansı nömrəni istəyirsiniz? Cavab verdim ki, nəslimin bütün üzvlərində olan maşınlarımızın nömrəsi 464-dür. Dedilər ki, yox, ürəyin istəyən digər nömrəni seç. Gördüm ki, burada başqa iş var. “90-KT-900” nömrəsini seçdim. Heç bilmədim avtomobili və nömrəni mənə kim bağışladı. Yalnız onu bilirəm ki, qocalar evində mahnı oxuduğum üçün bunları mənə verdilər. 2-3 il əvvəl isə həmin maşını satdım və indikini aldım".

Xəbər 3548 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!

07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +