Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


02.06.2021  12:17 

“Bakıya 20 min türkiyəli azarkeşin gələcəyini gözləyirik” - Elxan Məmmədov





A+  A-

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov iyunun 11-də başlayacaq Avropa çempionatından danışıb.
XəzərNews.az xəbər verir ki, federasiya rəsmisi qitə birinciliyinin Bakıda keçiriləcək oyunlarından söz açıb.

O, əvvəlcə Uels millisi barədə fikirlərini bildirib: “Biz 2 min Uels millisinin fanatını burada gözləyirik. Onları lazımi səviyyədə qəbul etməyə hazırıq. Düşünürəm ki, buradakı bütün azarkeşlər futboldan və şəhərimizdən zövq alacaqlar. Tərəfdarlar Pub-larda, restoranlarda pivə içərək rahat istirahət edəcəklər. Həmçinin ölkəmizdə əla hava var və onlar çimmək üçün Xəzər dənizinə yollana bilərlər. Uels yığması Bakıya gələcək ilk komanda olacaq. İyunun 7-də burda olacaqlar. Onlar burada daha uzun müddət qalacaqlar”.

Məmmədov daha sonra pandemiya dövründəki çətinliklər və Vətən müharibəsi barədə danışıb: “Bu il bütün dünya üçün ağır il oldu. Çünki pandemiya hər yerdə çətinliklər yaradırdı. Həyat yavaş-yavaş öz axarına qayıdır. Bizim üçün digər tərəfdən də vacib il oldu. Ermənilər tərəfindən işğal olunmuş torpaqlarımız işğaldan azad edildi. Bölgəyə artıq sülh gəldi. “Qarabağ” futbol klubunun doğma şəhəri olan Ağdam da geri qaytarıldı. Orada yeni stadion inşa olunacaq. Ümid edirik ki, Ağdama beynəlxalq oyunlar qayıdacaq. Orada böyük futbol matçları keçiriləcək”.

O, Türkiyə yığmasının Bakıda oynaması haqqında fikirlərini açıqlayıb: “Türkiyə millisinə gəlincə, onların burada çoxlu fanatlarını gözləyirik. Çünki qardaş ölkədən Azərbaycana birbaşa uçuşlar var. Hər matçda 20 min türkiyəli azarkeşin Bakıya gələcəyini gözləyirik. Pandemiyaya baxmayaraq yaxşı atmosfer yaratmağa çalışacağıq”.

Xəbər 2226 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +