Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib
Rusiya Ukraynanı “İsgəndər-M” raketi ilə vurdu


19.02.2017  14:09 

Köçkün evləri: Divarlar dəmir laylardan, arakəsmələr kartondan...





A+  A-

“Kartondan arakəsmələr çəkmişik, qardaş o tərəfində, bacı bu tərəfində yatır”.
Nizami rayon Məhkəməsinin bir qarışlığında – Mehdi Abbasov küçəsindəki keçmiş bağçanın binasında 25 ildən çoxdur ki, Qarabağın işğal altında olan yerlərindən məcburi köçkün düşmüş ailələr məskunlaşıb. Onların bir hissəsi ikimərtəbəli binada, bir hissəsi isə bağçanın ərazisində özlərinə düzəltdikləri gecəqondularda yaşayır.
XəzərNews.az bildirir ki, köçkün Şəfəq Cəfərova AzadlıqRadiosu-na uzun illərdir dözülməz şəraitdə yaşamaqdan cana doyduqlarını dilə gətirir:

“ZÜLMÜN İÇİNDƏ YAŞAYIRIQ”

“25 il köçkün olar?.. Köçkün olar 3 il, 5 il… 25 ildir zülmün içində yaşayırıq. Özümüz bir tərəfə, övladlarımız da yaşa doldu, nəvələr də məktəbi bitirdi… Burda yaşayanların çoxu revmatizmdən əziyyət çəkir. Şəraitsizlik hamını xəstə edib yorğan-döşəyə salıb”.

Bu ünvana ilk gələn Ağdam və Füzuli köçkünləri əvvəl bağçanın ikimərtəbəli binasına sığınıblar. Ailələr genişləndikcə binada sıxlıq yarandığından kənara çıxıb həyətində də gecəqondular tikiblər. Ətrafı dəmir layları ilə əhatələnmiş gecəqonduların içərisinə kartondan arakəsmələr qoyublar. Beləcə, otaqda “bölgü” işi aparıblar. Keçmiş bağça binasının ətrafında, azı, əlli belə “evə” rast gəlmək olar.

Köçkün Əsgər Sadıqov:

“Bağçanın binası o vaxt zəlzələdən qəzalı vəziyyətə düşdü. Fövqəladə Hallar Nazirliyi də bu binanın qəzalı olması barədə rəy verib. Şəhərciklər tikilir, evi olan birini də o şəhərcikdən alır, kirayəyə verir, bizsə acınacaqlı vəziyyətdə yaşayırıq. “Qaçqınkom”, Nizami rayon icra hakimiyyəti – hər yerə müraciət eləmişik”.

“NÖVBƏ ÇATANDA KÖÇÜRÜLƏCƏKLƏR”

Köçkün iki oğlunu evləndirəndən sonra bağçanın ərazisində hərəsinə kiçik bir otaq düzəldib. Deyir, körpə nəvələri bu dəmir laylarından düzəldilmiş evlərdə yayda qovrulur, qışda donurlar.

“Qaçqınkom”dan bildirilib ki, məcburi köçkünlər üçün şəhərciklər inşa edildikcə inzibati binaların ərazisində məskunlaşmış köçkünlər köçürülür. Mehdi Abbasov küçəsindəki keçmiş uşaq bağçasının ərazisində məskunlaşmış köçkünlər də diqqətdədir. Onlara da növbə çatacaq.

Nizami rayon icra hakimiyyətindənsə bildirilib ki, köçkünlərin məskunlaşdığı həmin ərazidə su, qaz, işıq, kanalizasiya var. Onların köçürülməsi isə “Qaçqınkom”un səlahiyyətindədir.

Xəbər 4450 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +