Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb


04.03.2020  09:37 

Tramp “Taliban” lideri ilə razılığa gəldi





A+  A-

ABŞ prezidenti Donald Tramp “Taliban” lideri ilə telefonla müzakirə aparıb.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında bildirib.

Donald Tramp qeyd edib ki, bu gün Taliban lideri ilə danışıb: “Yaxşı söhbət etdik. Zorakılığın olmaması barədə razılığa gəldik. Çünki, zorakılığı istəmirik. Görək nə olacaq?” - deyə, Tramp bildirib.

Qeyd edək ki, cari ilin fevral ayının son günü ABŞ və “Taliban” Qətərdə sülh razılaşmasını imzalayıb. Saziş ABŞ-ın Əfqanıstandakı qoşunlarının şəxsi heyətinin sayını 135 gün ərzində 12 mindən 8,6 min nəfərə qədər azaltmağı, “Taliban”ın zorakılıqdan çəkinəcəyi təqdirdə, Birləşmiş Ştatların hərbçilərini və NATO qüvvələrini 14 ay ərzində bu ölkədən çıxarmağı nəzərdə tutur.

Əvəzində isə “Taliban” Əfqanıstan ərazisindən ABŞ-a və başqa ölkələrə hücum üçün istifadədən imtina etməlidir. Bundan başqa, tərəflər “daimi və hərtərəfli barışıq” haqqında da razılığa gəliblər.

Xəbər 1608 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +