Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb


23.12.2017  15:51 

Xoşbəxt Yusifzadə xərclənən 25 milyard dollardan danışdı





A+  A-

“Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün təqribən 44-45 milyard dollar lazımdır. Onun 25 milyard dolları artıq xərclənib”.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasıya imkanları” adlı konfransda deyib.

Onun sözlərinə görə, TANAP layihəsi 2018, TAP layihəsi isə 2019-cu ildə hazır olacaq.

X.Yusifzadə bildirib ki, Azərbaycan müstəqil olandan sonra ölkənin vəziyyəti o qədər də yaxşı deyildi: “O zaman əsas məsələ neft sənayesinin imkanlarının yüksəldilməsi idi. Ona görə də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xarici sərmayələrin cəlbi üçün iş aparıldı. O zaman bizim bu sahədə təcrübəmiz yox idi. Prezident İlham Əliyevin bu danışıqlarda iştirak etməsi bizə kömək edirdi”.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin əhəmiyyətindən danışan X.Yusifzadə qeyd edib ki, 2015-ci il iyunun 1-dək dünya bazarlarına milyonlarla ton neft ixrac olunub:

“1970-1980-ci illərdə Heydər Əliyev Azərbaycan Respublikasının ümumi inkişafına çox böyük töhfə verib, o cümlədən neft sənayesinin inkişafı üçün çox böyük addımlar atılıb”.

Xəbər 1180 dəfə oxunub.



16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +