Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb


18.05.2017  11:17 

İtkin sayılan bu uşaq 5 gün stadionlarda qalıb





A+  A-

Mayın 12-də Bakıda itkin düşən 12 yaşlı uşaq tapılıb.
XəzərNews.az xəbər verir ki, uşağın yaxınlarının Trend-ə verdiyi məlumata görə, itkin düşən 2005-ci il təvəllüdlü Dadaşov Amil Zaur oğlu mayın 17-də Nardaran qəsəbəsindən tapılıb:

“Nardaranda uşağın nənəsi yaşayır. Mayın 17-də axşam saatlarında Amil nənəsinin evinə gedib. Məlum olub ki, o, 5 gün paytaxtda stadionlarda qalırmış. Uşağın məqsədi isə IV İslam Oyunlarını izləmək olub. Buna görə də dərslərə getməyib, stadionlarda yarışları izləyib”.

Qeyd edək ki, 2005-ci il təvəllüdlü Dadaşov Amil Zaur oğlu mayın 12-də səhər saatlarında anası ilə birlikdə yaşadıqları Yasamal rayonu, II Alatava, ev 2/9 ünvanından çıxıb. Anası onu metronun "20 yanvar" stansiyası yaxınlığından Bakıxanov istiqamətinə gedən marşrutla oxuduğu Bakıxanov Olimpiya Liseyinə yola salıb. Lakin uşaq liseyə getməyib.

Xəbər 1405 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +