Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb


15.01.2025  19:32 

Nazirlikdə “Volqa“ əməliyyatı: Maşını 3 minə satdılar - SƏNƏDLƏR+RƏSMİ AÇIQLAMA+YENİLƏNİB





A+  A-

Xəzərnews.az xəbər verir ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan məsələ ilə bağlı Oxu.az -a bildiriblər ki, "QAZ-3110 - "Volqa" markalı avtomobilin təmiri və satış qiyməti ilə bağlı 2022-ci ilin dekabrında tender prosesi "Dövlət satınalmarı haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun şəkildə həyata keçirilib:

"Tenderdə iştirak edən tərəflərdən ən uyğun təklif seçilib, lakin rəhbərlikdə baş verən dəyişikliklər səbəbindən qalib şirkətlə müqavilə imzalanmayıb və tender icra olunmayıb".

Bildirilib ki, nəqliyyat vasitəsinin istismar müddəti bitdiyi üçün onun özgəninkiləşdirilməsi prosesi isə əmlak qanunvericiliyinə uyğun şəkildə, dövlət portalı üzərindən şəffaf şəkildə həyata keçirilib:

"Avtomobilin satış qiyməti müstəqil ekspert qiymətləndirməsi əsasında müəyyən olunub və mövcud bazar şərtlərini əks etdirib".

"Prosesin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılmamasına dair iddialar varsa, pozuntularla bağlı araşdırmaların aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilə bilər", - deyə məlumatda qeyd olunub.

***11:56

Bu yaxınlarda Nəsimi Rayon Məhkəməsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun təsərrüfat şöbəsinin keçmiş müdiri Şamil Şahbazovun həmin müəssisənin direktoru Rüstəm Talışinskiyə qarşı iddiası üzrə keçirilən prosesdə maraqlı faktlar üzə çıxıb

Xəzərnews.az xəbər verir ki, İnstitut 2022-ci ilin dekabrında Qaz-3110 "Volqa" markalı avtomobilin təmiri üçün tender elan edib. Tendərin nəticələrinə əsasən, növbəti ildə "Volqa" avtomobili əsaslı təmir edilib. Təmir İnstituta 9 min manata başa gəlib.



Maraqlısı isə odur ki, təmirinə 9 min manat xərclənən avtomobil 2025-ci ildə əmlak.gov portalında dəyərindən demək olar ki, 3 dəfə ucuz qiymətə - 3600 manata satışa çıxarılıb.




Xatırladaq ki, sözügedən məhkəmə prosesində Şamil Şahbazov tenderin formal xarakter daşıdığı, həmin maşına 1 manat da olsun, pul qoyulmadığını iddia edib. Onun sözlərinə görə, "Volqa"ya ayrılan yanacaq İnstitutda digər rəhbər vəzifəli şəxslərin maşınlarına vurulub. "Volqa"dan sadəcə benzin silmək üçün istifadə olunub.

O da qeyd olunur ki, həmin avtomobil məhz bütün bu əməliyyatların izini itirmək üçün satışa çıxarılıb.

Beləliklə, aydın olur ki, köhnə "Volqa"dan həm təmir, həm də yanacaq pullarının mənimsənilməsi üçün istifadə olunub.

Onu da qeyd edək ki, Şamil Şahbazovun İnstitutun direktoru Rüstəm Talışinskiyə qarşı iddiası qanunsuz olaraq işdən azad olması ilə bağlı idi. İnstitutla bağlı bir sıra qanunazidd faktlar təqdim edən Ş.Şahbazov hazırkı direktor R.Talışinski və keçmiş direktor, hazırda adı saxta sertifikasiya məsələləri ilə gündəmdə olan Səhiyyə nazirinin müavini İlqar Qasımovun korrupsiya ilə məşğul olduqlarını iddia edirdi. Prosesin sonunda Ş.Şahbazovun işdən qanunsuz azad olunduğu sübut edildi və məhkəmə onun işinə bərpa olunması barədə qərar çıxardı.

Xəbər 2985 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +