Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək
Prezident Fərman imzaladı
Qarlı hava yenə qayıdır - Martın ilk günündə...


09.12.2022  12:24 

Ərzaq 60 faiz bahalaşıb - Baş nazir





A+  A-

“Bir sıra millət vəkilləri tərəfindən istehlak bazarında ərzaq qiymətlərində və dərman qiymətlərinin artımından narahatlıq ifadə edilib”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, qlobal istehsal-təchizat zəncirində qırılmalar dünya ərzaq qiymətlərinin bahalaşmasına, əksər ölkələrdə inflyasiyasının iki rəqəmli olmasına səbəb olub: “Dünya iqtisadiyyatı tənəzzüllə üz-üzədir. Qlobal vəziyyətin necə olacağını təxmin etmək çətindir. Yalnız bu aydındır ki, dünya fevraldan öncə olduğu vəziyyətdə olmayacaq. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. İnflyasiya ölkəmizdə əsasən ərzağın təxminən 60 faiz bahalaşmasına səbəb olub".

Baş nazirin sözlərinə görə, Azərbaycan dərman məhsullarının 95 %-dən çoxunu idxal edir. Dərman vasitələri Almaniya, Birləşmiş Krallıq, Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdən idxal olunur:

"Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi müvafiq qaydalara uyğun olaraq Tarif Şurası tərəfindən həyata keçirilir. Şura Tərəfindən son qiymət artımı 277 adda dərman vasitəsinə tətbiq olunub, bu da ümumi dərmanların cəmi 2%-dir. Onlardan da 126 adda dərman vasitəsi Rusiya, Ukrayna və Belarusdan idxal olunan dərmanlardır. Bu ölkələrdən idxal olunan dərmanların qiymətinin artması qaçılmaz idi. Hazırda Azərbaycanda həyati vacib dərman təminatında hər hansı ciddi çətinlik müşahidə olunmur”./Bakupost.az

Xəbər 1311 dəfə oxunub.




28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı

28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +