Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək
Prezident Fərman imzaladı
Qarlı hava yenə qayıdır - Martın ilk günündə...


10.11.2022  12:05 

Vergi Məcəlləsinə dəyişikliklər niyə gizli saxlanılır?





A+  A-

Milli Məclis və Dövlət Vergi Xidməti Vergi Məcəlləsinə dəyişiklikləri "gizli saxlayırlar".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı jurnalist Əli Əhmədov çıxış edib.

Ə.Əhmədov bildirib ki, cəmi 50 gündən sonra qüvvəyə minəcək Vergi Məcəlləsinə dəyişiklikləri ölkə biznesi hələ də görməyib:

"Milli Məclis və Dövlət Vergi Xidməti Məcəlləsinə ediləcək əlavə və dəyişiklikləri hələ də ictimaiyyətə açıqlamır.

Rəsmi məlumatlara görə, məcəlləyə dəyişikliklər üçün 400-dən artıq təklif daxil olub və bunların bir hissəsi nəzərə alınıb. Amma ölkə biznesi belə mühüm yeniliklərdən hələ də bixəbərldir".

Ə.Əhmədov qeyd edib ki, 2 gündən sonra Milli Məclisin deputatları ölkə biznesi üçün ən əsas sənəd olan Vergi Məcəlləsinə dəyişiklikləri müzakirə edəcək. Burada bir çox ciddi yeniliklər, o cümlədən Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan işğaldan azad edilmiş zonalarla bağlı güzəştlər əksini tapıb:

"Amma xüsusilə Milli Məclis Aparatı indiyədək HEÇ BİR QANUNİ ƏSAS OLMADAN Vergi Məcəlləsinə dəyişiklikləri və parlamentin komitələrinin müzakirəsinə çıxarılan digər sənədləri ictimaiyyətə açıqlamayıb.

Paralel olaraq Dövlət Vergi Xidməti Məcəlləyə dəyişikliklərin əsas məqamları barədə hələ də ictimaiyyəti və biznesi məlumatlandırmayıblar".

Xəbər 1013 dəfə oxunub.




28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı

28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +