Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək
Prezident Fərman imzaladı
Qarlı hava yenə qayıdır - Martın ilk günündə...


20.09.2022  13:32 

Ölkədən ixrac olunan məhsullar arasında qeyri-neft sektorunun payı niyə azalıb?





A+  A-

Beynəlxalq ticarət kapitalın, malların və xidmətlərin beynəlxalq sərhədlər və ya ərazilər üzərindən mübadiləsidir. Beynəlxalq ticarət uzun tarixi yol keçməsinə baxmayaraq, onun iqtisadi, sosial və siyasi əhəmiyyəti son dövrlər artmaqdadır. Beynəlxalq səviyyədə ticarətin aparılması daxili ticarətlə müqayisədə mürəkkəb prosesdir. İki və daha çox dövlət arasında ticarət aparıldıqda valyuta, hökümət siyasəti, iqtisadiyyat, məhkəmə sistemi, qanunlar və bazarlar ticarətə təsir göstərir. Beynəlxalq ticarətin əsasını xarici ticarət dövriyyəsi təşkil edir. Bu isə idxal və ixracın həcminin cəmidir.


Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanın xarici ticarət dövriyyəsi son 10 ildə 21% artmışdır. 2010-ci ildə 27960,8 milyon (ABŞ) $, 2015-ci ildə 21945,8 milyon $, 2020-ci ildə 24464,6 milyon $ və 2021-ci ildə 33912,5 milyon $ olmuşdur.

Xarici ticarət dövriyyəsində məhsulların idxalı və ixracı həyata keçirilir. İxrac –ölkədə istehsal olunmuş və ya başqa ölkələrdən gətirilmiş malların ölkə sərhədlərindən kənara göndərilməsidir. İdxal– ölkədə istehlak edilmək üçün, həmçinin təkrar ixrac etmək üçün ölkə sərhədlərindən kənardan mal gətirilməsidir.

Respublikada xarici ticarət dövriyyəsi üzrə 2021-ci ildə idxal 11705,8 milyon $, ixrac 22206,7 milyon $ olduğu halda (+) salda 10500,9 milyon $ olmuşdur.

Xarici ticarət saldosu – ixracın həcmi ilə idxalın həcminin fərqidir. Əgər ixracın həcmi idxalın həcmindən çoxdursa müsbət saldo, idxalın həcmi ixracın həcmindən çoxdursa mənfi saldo alınır.

Azərbaycan ticarəti dünyanın dörd bir tərəfində yerləşən dövlətlərlə aparır. Əsasən xarici ticarət dövriyyəsinin 14%-i MDB ölkələri ilə, 14%-i Türkiyə Respublikası ilə və 72% -i digər ölkələrlə təşkil edir.

Beynəlxalq ticarətin təşkilində avtomobil, dəmir yolu, dəniz, hava, stasionar nəqletmə nəqliyyat vasitələrindən istifadə olunur. 2021-ci il üzrə yüklərin daşınmasında 65%-i avtomobil, 17%-i dəmiryolu, 11%-i hava nəqliyat vasitələri ilə daşınıb.

2021-ci il üzrə ölkəyə xaricdən idxal olunan məhsulların 34,6%-i maşınlar və nəqliyyat avadanlıqları, 18,4%-i sənaye malları, 15,1%-i yeyinti məhsulları və diri heyvan, 13%-i kimyəvi mallar və 18,9 %-i digər məhsullar təşkil edib. Həmin dövr üzrə ixrac olunan məhsulun 88,4%-i mineral yanacaq, sürtkü yağları, analoji materialları təşkil edir. Eyni zamanda ixrac olunan məhsullar arasında yeyinti məhsulları və diri heyvanların çəkisi 3,4%, qeyri ərzaq xammalı 1,2%, içkilər və tütün 0,1%, heyvan və bitki mənşəli yağlar 0,1% təşkil edir.

Beləliklə, ölkənin xarici ticarət dövriyyəsi sürətlə inkişaf etməsi, müsbət saldonun olmasına baxmayaraq ixrac olunan məhsullar arasında növ müxtəlifliyinin olduqca aşağı olması təhlildən görmək mümkündür. Yəni ixracın 88,4%-i mineral yanacaq, sürtkü yağları, analoji materialları üstün olması bu sahənin inkişaf etməsi və digər sahələrin inkişaf etməməsi deməkdir.

İxrac sahəsindəki problemləri aradan qaldırılmasına “Dövlət Proqramları”nın qəbul edilməsi, istehsalın artırılması, gömrükdə şəfvaflığın təmin olunması, sahibkarlara güzəştlərin tətbiqi, xarici investorların cəlb edilməsi və azad ticarətə köməklik göstərilməsinin vacibliyi daxildir.

İqtisadiyyat Nazirliyinin
İqtisadi Elmi Tədqiqat İnstitutunun dissertantı,
iqtisadçı ekspert Famil Niftiyev


Xəbər 5312 dəfə oxunub.




28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı

28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +