Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi


05.09.2023  15:48 

Bakıda hava dəyişir, temperatur 8 dərəcə enəcək





A+  A-

Bakıda və Abşeron yarımadasında sentyabrın 6-sı axşamdan 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, sentyabrın 7-si axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında sentyabrın 6-sı axşam şimal və qərb rayonlarından başlayaraq 10-u gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi-aran, Qarabağ və Şərqi-Zəngəzur zonasının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şimal-şərq küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Xəbər 1152 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +