Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


27.03.2023  15:01 

Saatlıda sakinləri etiraz aksiyası keçirib





A+  A-

Martın 27-də Saatlı rayonunun Çolpu kənd sakinləri etiraz aksiyası keçirərək, suvarma suyunun olmamasından şikayət ediblər.

XəzərNews.az "Turan"a istinadla xəbər verir ki, onlar rayondakı "Dördyolu" kəsərək, illərdir davam edən su qıtlığı problemini həll etməyi tələb ediblər.

Rayon sakinləri martın 13-də də etiraz aksiyası keçirmişdilər, amma bu aksiya polis tərəfindən dağıdılmışdı. Yerli hakimiyyət problemin həll ediləcəyinə dair vədini yerinə yetirməyib.

Aksiya iştirakçıları bildiriblər ki, əkinləri sulamaq üçün su almaq məcburiyyətindədirlər. "Qonşu kəndlərə su gəlir, bizim suyumuzu isə məmurlara verirlər", deyə etirazçılardan biri bildirib. Onlar dövlət orqanlarının onların problemləri ilə maraqlanmamasından gileyləniblər.

Aksiya polis müdaxiləsi olmadan keçib.



Xəbər 1028 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +