Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu


23.03.2023  11:20 

ABŞ Azərbaycanı İrandan necə qoruyacaq?





A+  A-

Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə ABŞ dövlət katibi Blinken ermənipərəst demokrat senator Menendezin Azərbaycanla bağlı təxribatçı suallarını cavablandırıb.

O, Menendezin 907-ci düzəldilişin niyə dayandırılmadığının və ABŞ-ın niyə Azərbaycana hərbi yardım göstərməsinin səbəblərini açıqlayıb.

O qeyd edib ki, sülhməramlı missiyalarda iştirak çərçivəsində Azərbaycan Silahlı Qüvvələri ilə NATO arasında qarşılıqlı fəaliyyət gücləndirilib.

Blinken ikinci səbəb kimi bildirib ki, Azərbaycanın İranla uzun sərhədi var və onu qorumaq lazımdır.

Blinken əlavə edib ki, Azərbaycan və Ermənistan tezliklə sülh razılaşmalarına nail ola bilərlər.

Bunu ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin dinləmələri zamanı dövlət katibi Entoni Blinken bildirib.

O deyib: “Düşünürəm ki, əlverişli imkan var, onu böyütmək istəmirəm, lakin bu, sülh sazişinin hazırlanmasını faktiki olaraq başa çatdırmağa imkan verən əlverişli imkandır”.

Dövlət Departamentinin rəhbəri əlavə edib: “Mən Münxendə Baş nazir Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə təhlükəsizlik məsələləri üzrə konfransda görüşdüm. Ermənistan və Azərbaycanın xarici işlər nazirləri bu yaxınlarda Vaşinqtonda idilər. Mən onların qayıdacağını gözləyirəm. Biz müqavilənin mətni üzərində işlədik”.

E. Blinkenin sözlərinə görə, o, Azərbaycan və Ermənistan arasında nizamlanma məsələsi ilə fəal məşğul olur, Bakı ilə İrəvan arasında münasibətləri tənzimləyən sülh sazişinin əldə edilməsini dəstəkləyir:

“Bu məsələni Ermənistanın üzərinə qoymuruq. Ermənistanın 30 ildən artıqdır davam edən münaqişəyə ən azı bir çox cəhətdən son qoyacaq razılaşmanın əldə olunmasına kömək edə biləcəyimizi ifadə edirik”./Yenisabah.az

Xəbər 745 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +