Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu


01.12.2022  13:11 

Bakıda erməni istehsalı olan inşaat malları - Video





A+  A-

Azərbaycan gömrükçüləri indiyə qədər rastlaşmadıqları hüquqpozma faktı ilə üzləşiblər. Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda digər malların içərisindən gömrük orqanına bəyan edilməyən, üzərindəki yazılara görə Ermənistan Respublikasının istehsalı olan inşaat malları aşkar edilib.

XəzərNews.az xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Məlumata görə, indiyədək ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhd edilən Ermənistan malları adətən qida məhsulları və alkoqollu içkilərdən ibarət olub.

Bu dəfə aşkara çıxarılan mallar isə inşaat işlərində istifadə edilən silikon məmulatı üçün 24820 ədəd qab və silikon məmulatı qablarının qablaşdırılması üçün nəzərdə tutulan 1050 ədəd boş karton qutu olub.

Bu malların İran İslam Respublikasında fəaliyyət göstərən şirkət tərəfindən Azərbaycan Respublikasında fiziki şəxsin ünvanına göndərildiyi müəyyən edilib.

Bəs üzərində erməni dilində yazıları olan bu mallar Azərbaycana nə məqsədlə gətirilib?

Faktla bağlı Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən birgə araşdırma aparılır.



Xəbər 963 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +